Icma.az
close
up
RU
Əli Kərimlinin çamur demokratiyası na cavab: Sülhün də memarı İlham Əliyevdir

Əli Kərimlinin çamur demokratiyası na cavab: Sülhün də memarı İlham Əliyevdir

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bütün diqqətlərin Tramp-Putin görüşünə yönəlməsinə baxmayaraq, Əli Kərimlinin absurdları adamı ona fikir bildirməyə məcbur edir. Onun siyasi menyusuna bəzi fikirləri çatdırmaq özü də elə siyasi imandandır”.

Bu sözləri “Cebheinfo.az”-a açıqlamasında "Cümhuriyət" qəzeti və "Cebhe.info" Xəbər Poratlının rəhbəri siyasi şərhçi Rəfail Becanov deyib.

O bildirib ki, Əli Kərimli Cənubi Qafqazda sülhə görə gah rusiyanın zəifliyini, gah Trampın əzmini, gah Paşinyanın sülhsevərliyini misal gətirir və bütün bunlara görə də Ukrayna xalqına təşəkkür edir:

“Bu fikirlər o qədər absurddur və “çamur demokratiyası”nın tərkib hissəsidir ki, Əli Kərimli sabah Ameriakın kəşf edən Kolumb yox, İbn Bəttutadır da deyə bilər.

Əli Kərimli nəhayət başa düşməlidir ki, Cənubi Qafqazda sülh nə Rusiyanın zəifləməsi, nə Trampın israrı, nə də Paşinyanın sülhsevərliyidir. Ukrayna xalqına öz ölkəsini işğaldan müdafiə etdiyinə və dirənişinə görə təşəkkür etmək olar, amma Qafqazda sülh üçün onlar təşəkkür ünvanı deyil. 

Bu sülhün memarı Azərbaycan və şəxsən İlham Əliyevdir. 44 günlük zəfərin də, Xankəndi və ətrafının azad olunmasınında, Azərbaycanda 200 illlik işğalçılığa son qoyulmasının da memarı Ali Baş Komandandır”. 

Onun sözlərinə görə, sülh sazişinin paraflanması Əbu-Dabidə də baş tuta bilərdi:

“Lakin İlham Əliyevin uzaqgörənliyi ilə ABŞ seçildi. Bu seçimin səbəbini, detallarını siyasi prosesləri, keçmişi, gələcəyi analiz edən hər kəs anlaya bilər. Sülhün də, münasibətlərin normallaşmasının da qarantiyası olmalıdır. ABŞ, Vaşinqton ona görə seçildi ki, ermənilər gələcəkdə keçmişdəki kimi edə bilməsinlər. Hələ birini deyirik. Onlarla səbəb var ki, sadalamırıq.

İndi durub bütün yaxşı əməlləri kiminsə adına bağlamaqdansa, siyasi ömürdə bir dəfə həqiqəti demək hansı zərəri verə bilər ki? İlham Əliyev yalançı təriflərə ehtiyacı olmayan liderdir. Onun qiymətini bu gün xalq verir, gələcəkdə də tarix verəcək.Azərbaycan torpaqlarını işğaldan azad edən, Cənubi Qafqazı Rusiya boyunduruğundan qurtaran lider kimi! Amma həqiqəti demək hər kəsin borcudur.  

Əgər Azərbaycan istəməsəydi, nə bu sülh sazişi paraflanardı, nə də Ermənistan bu sülhə gələməyə məcbur olacaqdı.Ümumiyyətlə, baş verən hadisələr dəqiq analiz etmək lazımdır. Ermənistan təkcə 44 günlük müqavilədə təslim olmayıb ki! Ermənistan sülh sazişi ilə bağlı öhdəliklərdə də təslim olub. 

Konstitusiyasını dəyişəcək, ATƏT-in Minsk Qrupu buraxılır, Fransanın və bəzi Qərb ölkələrinin israrlı təkidlərinə baxmayaraq sərhəddəki müşahidə missiyasi geri qaytarılır. Buradan gəlinən nəticə nədir? Deməli, Azərbaycan sülhü sülh kimi istəyirdi. Adı sülh, özü müharibə olan razılaşma bizə lazım deyildi. 

Əli Kərimli isə hələ də “çamur demokratiyası”ndan istifadə edir. Ukraynanın “Obozrevatel” saytına deyir ki, daimi sülh də İlham Əliyev hakimiyyəti üçün arzuolunmaz idi. Guya hakimiyyət ehtiyatlanırdı ki, Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması bölgənin, xüsusən də Azərbaycanın demokratikləşməsi zərurətini beynəlxalq gündəmə gətirə bilər və buna görə də ABŞ, Aİ, Türkiyə və Böyük Britaniyanın sülh əldə olunması üçün çağırışları cavabsız qalıb”. 

Rəfail Becanov qeyd edib ki, Əli Kərimliyə anlatmaq lazımdır ki, siyasət an deyil:

“Böyük siyasətdə ardıcıllıq, prinsipiallıq və praqmatizm, dayanıqlılıq əsadır. İlham Əliyev Azərbaycanı bu günə addım-addım, dəqiq siyasi heablamalarla gətirib. Kim istəyir, istəsin, kimsə istəmir özü bilər. Reallıq budur. 

Bu gün Azərbaycan milli maraqlarından çıxış edir. Nə Rusiyanın, nə Qərbin maraqları onun Azərbaycan xalqının, dövlətinin milli maraqlarından üstün deyil. Milli siyasət budur. İlham Əliyev də bu siyasi nəzəriyyəni siyasi praktikada tətbiq etməklə, yeni tarix yaratdı. Bu tarixi reallığı Azərbaycan xalqı bilir, dəyərləndirir”.

“Cebheinfo.az”

Açar sözlər: ATƏT-in Minsk Qrupu Əli Kərimli Tramp Putin İlham Əliyev Rəfail Becanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Avqust 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri