Icma.az
close
up
RU
Bu səhifəni açan İlham Əliyevdir

Bu səhifəni açan İlham Əliyevdir

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün ABŞ-da Azərbaycan Ermənistan arasında, Azərbaycan ABŞ arasında bır sıra razılaşmaların imzalanması planlaşdırılır.

Tarixi bir gün olacaq. 30 ildən çox davam edən işğalçı müharibəyə son qoyulması yolunda ilkin razılaşma, ATƏT-in Minsk qrupunun ləğv edilməsi, Naxçıvana maneəsiz gediş-gəliş, ABŞ-ə ilə münasibətlərin yenidən qurulması və s kimi məsələlər regionda yeni bir səhifəninin açılması deməkdir.
Bu səhifəni açan və orda nə yazılacağını müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu sadaladığım məsələlər hələ 2020-ci ildən onun tərəfindən sülh prinsipləri kimi irəli sürülmüşdür.

Bu prinsiplərin qəbul etdirilməsi (qədul edilməsi deyil) üçün Azərbaycan böyük bir yol keçdi. Separatçılığa son qoydu, gücünün daimi və sarsılmaz olduğunu dəfələrlə sübut etdi, xalqın iradəsinin yenilməz olduğunu bütün dünyaya sübut etdi.

Məhz bu amillər Ermənistana sülhün yeganə xilas yolu olduğunu qəbul etdirdi. 30 il ərzində bütün beynəlxalq platformalarda “ərazi bütövlüyü prinsipi”nin əleyhinə səs verən Ermənistan son 5 ildə bütün platformalarda bu prinsipin qabardılması üçün hər cür fədakarlıq etdi. Nə dəyişdi Ermənistanı? Prezident İlham Əliyevin dəmir iradəsi və dəmir yumruğu!

Bu gün regionun aparıcı qüvvəsi Azərbaycandır. Azərbaycanın nəhəng layihələri bütün region ölkələrini əhatə edir. Ona görə də, regionda sülhün olması Azərbaycanın maraqlarına xidmət edir.

Regionda münaqişə yaratmaq istəyən qüvvələr Azərbaycanın maraqlarına zərbə vurmuş olurlar. Azərbaycan-Ermənistan arasında dayanıqlı sülhün olması, Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi, ABŞ-nin regionda dəstək verici rolununu artması Qafqaz ölkələrinin faydası üçün mühüm mərhələ olacaqdır.

Biz daim güclü, bir və diri olmalıyıq! Yeni dünya artıq güclülərin dünyasıdır.

Tahir Mirkişili
Milli Məclisin deputatı

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Avqust 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see615

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see473

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see265

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see253

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see244

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see228

Livitt istefa verdi

13 Avqust 2026 00:16see221

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see214

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see198

“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12 Avqust 2026 00:13see185

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see185

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see185

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see177

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see172

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see171

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see169

KL də 2 komanda pley offa adladı

12 Avqust 2026 01:40see165

Tramp: ABŞ Ukraynaya hərbi dəstək verə biləcək AB ölkələrinə silah satır

12 Avqust 2026 04:53see158

Uzunömürlülərin səhər vərdişi ikigai

11 Avqust 2026 20:30see153

Gənc aktyor: “Onun serialında çəkilmək mənim üçün ən böyük məsuliyyətdir” Müsahibə

11 Avqust 2026 16:35see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri