Icma.az
close
up
RU
Bugünkü sülhün əsas səbəbkarı İlham Əliyevdir Naqif Həmzəyev

Bugünkü sülhün əsas səbəbkarı İlham Əliyevdir Naqif Həmzəyev

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na  layiq görülüb. Azərbaycan torpaqları uzun illər Ermənistan tərəfindən işğal edildi. Bu müddət ərzində dəfələrlə cənab prezident beynəlxalq platformalarda problemin sülh yolu ilə həllini dəstəkləyən təkliflər irəli sürdü. Ancaq təəssüflər olsun ki, problemin sülh yolu ilə həll edilməsində məsul olan beynəlxalq təşkilatlar və tərəflər bu işi yerinə yetirmədi".

Bunu Redaktor.az-a Prezident İlham Əliyevə verilmiş “Sülh və Barışıq üçün Gernika mükafatı” mükafatı haqqında danışan deputat Naqif Həmzəyev bildirdi.

Onun sözlərinə görə, hər dəfə prezident qeyd edirdi ki, əgər bizim torpaqlarımız geri qaytarılmasa, biz bunu hərbi yolla həll edəcəyik:

"Belə də oldu, Azərbaycan öz gücü hesabına, xalq-ordu-lider birliyi ilə zəfərə çatdı və torpaqlarımızı işğaldan azad etdi. Ancaq qarşı tərəfdən, yəni Ermənistandan və separatçılardan fərqli olaraq biz bu müharibəni ədalətli, ləyaqətli və şərəfli şəkildə apardıq. Bir nəfər belə dinc sakinin burnu qanamadı, yaşlıya, qadına, uşağa ümumiyyətlə ziyan dəymədi və nəticə etibarilə biz bu müharibəni ən sivil formada, beynəlxalq qanunlara və konvensiyalara söykənərək həyata keçirdik. Buna baxmayaraq ki, güc bizim tərəfimizdə idi, cənab prezident istəsəydi daha çoxuna nail ola bilərdi. Ancaq biz zamanında döyüşləri dayandırdıq. Ermənistanın kapitulyasiya aktını imzalamasını və öhdəliklər götürməsini qəbul etdik. Ondan keçən müddət ərzində də cənab prezident bütün mümkün alətləri işə salaraq problemin sonrakı mərhələsini sülh yolu ilə həll etməyə çalışdı. Ermənistanı da hər dəfə sülhə dəvət etdi".

Deputat vurğuladı ki, dəfələrlə biz Ermənistan siyasi rəhbərliyinin, hərbi elitasının və separatçıların təxribata əl atdığını gördük.

"Hər dəfə təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məharətlə alındı və biz təxribatları dayandıra bildik. Nəhayət ki, Ermənistan reallığı dərk etdi. Azərbaycan zəfər çalan qalib ölkə olmasına baxmayaraq, sülhü ən çox istəyən və keçici deyil, daimi, əbədi sülhü əldə etmək üçün mümkün olan hər şeyi edən tərəf oldu. Məhz bütün bu proseslər cənab prezidentin təşəbbüsü idi. Nəhayət ki, dəfələrlə Ermənistanla görüşlər keçirildi, hər dəfə Azərbaycan öz haqlı tələblərini irəli sürdü. 2025-ci ilin avqust ayında Vaşinqtonda əldə olunan razılıq, üçtərəfli bəyanat və xarici işlər nazirləri tərəfindən sülh mətninin paraflanması demək olar ki, sülhün əldə olunması üçün atılmış ən böyük addımdır. Ermənistan digər öhdəlikləri də yerinə yetirməyə başladı. Artıq ATƏT-in Minsk qrupu rəsmi olaraq fəaliyyətini dayandırdı. Azərbaycana qarşı ərazi iddialarından bəhs edən qanunların da Ermənistanda referendum nəticəsində dəyişdiriləcəyinə ümid edirik.

Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günə və suverenliyimizin bərpası ilə əlaqədar bir günlük antiterror əməliyyatı ilə, yəni 44 günə bu münaqişəni başa çatdırdı. Daha sonra isə sülh gündəliyini aktuallaşdırdı və beynəlxalq aktorları da bu çərçivədə çalışmağa cəlb etdi. Nəticə etibarilə biz bu gün artıq Ermənistanla iqtisadi, ticari əlaqələrin də mövcud olduğunu deyə bilərik. Azərbaycan Ermənistana neft məhsulları, benzin ixrac edir və nəticə etibarilə Ermənistanda stabil qiymətlərlə benzin satışı mümkündür. Hazırkı gərgin dövrdə bu isə çox mühüm göstəricidir. Bununla yanaşı, Azərbaycan ərazisindən tranzit olaraq Qazaxıstandan və Rusiyadan məhsullar Ermənistana daşınır. Bu da artıq sülhə çox yaxın olduğumuzu göstərir. Bir sözlə, bugünkü mənzərənin yaranmasının əsas səbəbkarı və təşəbbüskarı məhz prezident İlham Əliyevdir. Bu baxımdan da, ona belə ali mükafatın verilməsi təqdirəlayiqdir. Biz də fürsətdən istifadə edərək prezidenti ürəkdən təbrik edirik", - deyə N.Həmzəyev yekunlaşdırdı.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Aprel 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri