Icma.az
close
up
RU
Əli Mustafa: Vaşinqtonun bölgədə fəallaşması sabitliyi gücləndirib

Əli Mustafa: Vaşinqtonun bölgədə fəallaşması sabitliyi gücləndirib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Prezident İlham Əliyev bildirib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasının yekun mərhələsində mühüm rol oynayıb. Dövlət başçısı Tramp Administrasiyasının sülh prosesinə yanaşmasını yüksək qiymətləndirərək, bu dəstəyin danışıqların uğurla yekunlaşmasına töhfə verdiyini vurğulayıb. Bu barədə ABŞ-ın "The Floridian" nəşri IV Şuşa Qlobal Media Forumuna istinadən məlumat yayıb.Donald Tramp Administrasiyasının Azərbaycan–Ermənistan sülh prosesinə verdiyi dəstək regional sabitlik və ABŞ–Azərbaycan münasibətlərinə hansı təsirləri göstərə bilər?

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ötən ilin avqustun 8-də ABŞ Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən mühüm görüşə ev sahibliyi edib. Həmin görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Bununla yanaşı, ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin hazırlanmasına dair razılıq əldə olunub, Ermənistanla ABŞ arasında isə əməkdaşlıq sazişi imzalanıb.

Politoloqun sözlərinə görə, eyni zamanda Orta Dəhlizin Ermənistandan keçən hissəsinin ABŞ-ın himayəsi altında inkişaf etdirilməsi ilə bağlı yanaşmalar və Vaşinqtonun bu layihədə rolunun müəyyənləşdirilməsi Cənubi Qafqazda siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişib. ABŞ-ın prosesə fəal şəkildə qoşulması layihəyə qarşı çıxan və ya onun reallaşmasına mane olmağa çalışan regional və regiondankənar qüvvələrin təsir imkanlarını xeyli zəiflədib.

Əli Mustafa hesab edir ki, ABŞ-ın bölgədə artan fəallığı regional sabitliyə və əməkdaşlıq perspektivlərinə müsbət təsir göstərib.

Politoloqun fikrincə, digər mühüm məqam ABŞ–Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri zamanı bu istiqamətdə əldə olunan razılaşmalar da xüsusi əhəmiyyət daşıyır.

"Hazırda Ermənistanla ABŞ arasında dərin əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, Azərbaycanla da analoji səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi olduqca vacibdir. Bu əməkdaşlıq iqtisadiyyat, siyasət, enerji, mədəniyyət və digər sahələri əhatə etməklə yanaşı, təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir", – deyə politoloq bildirib.

Onun sözlərinə görə, ABŞ bu gün qlobal təhlükəsizlik arxitekturasının əsas aktorlarından biridir. Buna görə də Vaşinqtonun Cənubi Qafqazda mövcudluğu və Azərbaycanla əməkdaşlığının genişlənməsi ölkənin təhlükəsizliyi üçün əlavə təminat yaradan amillərdən biri hesab oluna bilər.

"Region hazırda mürəkkəb geosiyasi proseslərin təsiri altındadır. Rusiya–Ukrayna müharibəsi, ABŞ–İran qarşıdurması və digər böhranlar Cənubi Qafqazda sabitliyə təsir göstərən riskləri artırır, gərginliyin regiona sirayət etməsi ehtimalını gündəmdə saxlayır. Belə bir şəraitdə ABŞ kimi qlobal güclə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın təhlükəsizlik maraqları baxımından mühüm əhəmiyyət daşıyır və ölkə üçün əlavə təhlükəsizlik təminatı kimi qiymətləndirilə bilər", – deyə Əli Mustafa əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 İyul 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri