Icma.az
close
up
RU
Əli Qəhrəmanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Əli Qəhrəmanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Musiqi və teatr” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Kətən oğlu Qəhrəmanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.                                                      

525.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü söyləyib. İsmayıl Hacıyev vurğulayıb ki, Əli Qəhrəmanov Azərbaycan sənətşünaslıq elminin inkişafında mühüm xidmətləri olan alimlərdəndir. O qeyd edib ki, yubilyarın çoxillik elmi fəaliyyəti qədim və zəngin ənənələrə malik olan Naxçıvanın zəngin teatr mühitinin öyrənilməsi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Akademik bildirib ki, Əli Qəhrəmanov tədqiqatlarında yalnız nəzəri məsələlərlə kifayətlənməyərək, arxiv materiallarına əsaslanan fundamental araşdırmalar aparmış, teatr sənətinin müxtəlif istiqamətlərini sistemli şəkildə təhlil etmişdir.

İsmayıl Hacıyev yubilyarı 80 illik yubileyi münasibətilə təbrik edib, Əli Kətən oğlu Qəhrəmanov AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub və ona hədiyyə təqdim edilib.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor  Əbülfəz Quliyev “Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun ömür yolu və elmi fəaliyyəti” mövzusunda məruzə edib. Məruzədə alimin həyat yolu, təhsil illəri və elmi yaradıcılığı geniş şəkildə təhlil olunub, onunla bağlı xatirələr bölüşülüb. İnstitut adından yubilyara hədiyyə təqdim olunub.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl çıxışında bildirib ki, Əli Qəhrəmanov 10-dan artıq kitab və monoqrafiyanın, 200-dən çox elmi məqalənin, 150-dən artıq publisistik yazının müəllifidir. Qeyd olunub ki, alim yarım əsrdən artıqdır ki, sənətşünaslıq sahəsində ardıcıl tədqiqatlar aparır. Onun yaradıcılığı əsasən Naxçıvan teatrının inkişaf mərhələlərinə həsr olunmuş, eyni zamanda rəssamlıq işi, səhnə tərtibatı və rejissorluq sənəti kimi istiqamətlər də geniş şəkildə araşdırılmışdır.

Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev çıxışında yubilyarı təbrik edərək onun elmi fəaliyyətindəki prinsipiallıq, dəqiqlik və tələbkarlıq kimi keyfiyyətləri xüsusi vurğulayıb, bu xüsusiyyətlərin əldə etdiyi elmi nailiyyətlərdə mühüm rol oynadığını qeyd edib.

“Musiqi və teatr” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov çıxış edərək Əli Qəhrəmanovla uzunmüddətli elmi əməkdaşlığından söz açıb, onun yüksək peşəkarlığını və zəngin elmi təcrübəsini diqqətə çatdırıb.

Təsviri və dekorativ tətbiqi sənətlər şöbəsinin müdiri Şəmsiyyə Zalova yubilyarı təbrik edərək hazırladığı Əli Kətən oğlu Qəhrəmanovun qrafik portretini ona təqdim edib.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov Əli Qəhrəmanova həsr etdiyi şeiri səsləndirib və onu yubilyara hədiyyə edib.

Tədbirin sonunda yubilyar Əli Kətən oğlu Qəhrəmanov çıxış edərək ona göstərilən yüksək diqqət və ehtirama görə minnətdarlığını bildirib, xüsusilə akademik İsmayıl Hacıyevə təşəkkürünü ifadə edib.

Qeyd olunub ki, Əli Qəhrəmanovun çoxillik elmi fəaliyyəti sənətşünaslıq elminin inkişafında mühüm mərhələ təşkil edir və onun zəngin elmi irsi gələcək tədqiqatlar üçün etibarlı mənbə kimi böyük əhəmiyyət daşıyır.

Sonda xatirə şəkli çəkilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Aprel 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri