Icma.az
close
up
RU
Qəhrəman Qəhrəmanovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi praktik konfrans keçirilib

Qəhrəman Qəhrəmanovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi praktik konfrans keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 dekabr, Göyçək Mahmudlu, foto Nicat Haşımov, AZƏRTAC

Dekabrın 18-də Azərbaycan Tibb Universitetində (ATU) Əməkdar elm xadimi, "Şöhrət" ordenli, tibb elmləri doktoru, professor Qəhrəman Qəhrəmanovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi yad olunub.

Açılış nitqində Qəhrəman Qəhrəmanovun həyatı və elmi fəaliyyətindən bəhs edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli onun elmi məqalənin, üç dərsliyin və fiziologiyaya dair çoxsaylı monoqrafiyaların müəllifi olduğunu diqqətə çatdırıb: "Xüsusilə qeyd etməliyik ki, onun tibbi təhsil qarşısında ən böyük xidmətlərindən biri 2001-ci ildə yazdığı “Beynin və ürəyin sirlərinə pəncərələr” kitabıdır. Beynin və ürəyin fəaliyyətində xolinergik və adrenergik mexanizmlərdən bəhs edən kitabda şərh olunan faktlar, istifadə edilən üsullar və söylənilən mülahizələr fiziologiyanı öyrənən tələbələr, elmin bu sahəsi ilə məşğul olan aspirant və müəllimlər üçün faydalı mənbədir. Əlbəttə, Qəhrəman Qəhrəmanovun fəaliyyəti yalnız sadalanan faktlarla bitmir. Lakin bir məqamı qeyd etməyə ehtiyac var. Qəhrəman Qəhrəmanov Türk dünyası və bütövlüklə Şərqin tarixi, fəlsəfəsi, poeziyası barədə ensiklopedik biliklərə malik idi və bundan mühazirələrində daim istifadə edirdi. Mühazirələrində fiziologiya və tibbin ən yeni nailiyyətlərini, tarix, fəlsəfə, nadir təbiət hadisələrini, müxtəlif tipli kəşflərin təkrarsız fizioloji-fəlsəfi interpretasiyasını, poeziyanın, ədəbiyyatın, bütün dövrlər üçün nadir nümunələrini fizioloji süzgəcdən keçirərək, dumduru bulaq suyu kimi tələbələrinə çatdırmağı ustalıqla bacaran alim yorulmadan Nizami və Nəsimi kimi klassiklərin, Tusi və Əl-Fərabi kimi böyük filosofların, eləcə də İbn Sina və Bəhmənyar kimi alimlərin müdrik fikirlərinə müraciət edirdi. Qəhrəman Qəhrəmanov bütün yaradıcılığı boyu yetişdirdiyi tələbələri ilə fəxr edib. Bu gün ölkələrin müxtəlif tibb və elm məkanlarında çalışan görkəmli həkimlər, nüfuzlu alimlər, elmi rəhbərlər və professorlar onun məktəbinin davamçılarıdır. Onlar Qəhrəman Qəhrəmanovu yalnız bir pedaqoq kimi deyil, ziyalılığın, yüksək mənəvi mədəniyyətin və insanlıq nümunəsinin simvolu kimi xatırlayırlar. Çünki o, dərs dediyi auditoriyalarda təkcə bilik deyil, həm də həyat fəlsəfəsi, əxlaq mövqeyi, dürüstlük və insani dəyərlərin dərin mənasını aşılayırdı. Bu gün keçirilən Qəhrəman Qəhrəmanovun 100 illik yubileyinə həsr olunmuş konfrans böyük alimin yalnız elmi fəaliyyətinə deyil, onun zəngin düşüncə irsinə, mənəvi xarizmasına və insanpərvər dünyagörüşünə ehtiramın parlaq təcəssümüdür. Haqqında yazılan məqalələr, xatirələr və elmi araşdırmalar Qəhrəman Qəhrəmanovun həyatının müxtəlif mərhələlərini işıqlandıraraq onun nurlu yolunu yeni nəsillərə tanıdır, elmə və insanlığa xidmət edən bir ömrün dəyərini bir daha göstərir. Qoy bu yüksək dəyərlər, bu mənəvi və elmi miras Qəhrəman müəllimin adı ilə birlikdə daim yaşasın, gələcək nəsillər üçün ilham mənbəyi olaraq varlığını qoruyub davam etdirsin".

Daha sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, ATU-nun Normal fiziologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Məmmədov, Oftalmologiya kafedrasının müdiri professor Paşa Qəlbinur, Epidemiologiya kafedrasının müdiri professor İbadulla Ağayev şərəfli və mənalı ömrünü Azərbaycanda tibb elminin inkişafına həsr etmiş, neyrofiziologiya və neyrokimya məktəbinin yaradıcısı hesab olunan Qəhrəman Qəhrəmanovun erkən yaşlarından biliyə və düşüncəyə bağlandığını, onun üçün elmin sadəcə peşə deyil, insan ruhunu və beynini anlamağa aparan müqəddəs bir yol olduğunu deyiblər. Qeyd olunub ki, tələbələri üçün o, təkcə müəllim deyil, elmi vicdanın və zəhmətin canlı nümunəsi idi. Yazdığı məqalələr, monoqrafiyalar və dərsliklər Azərbaycan fiziologiya elminin yaddaşına çevrilib. Onun ömrünün sonunadək elmə sədaqətini qoruduğu, tibb elminin gələcək nəsillərinə işıq saçan bir çıraq kimi yandığı diqqətə çatdırılıb.

Konfrans zamanı professorun həyatı və elmi fəaliyyətinə həsr olunmuş sənədli filmin təqdimatı da keçirilib.

Rəsmi hissənin sonunda çıxış edən Əməkdar elm xadiminin oğlu professor Aydın Qəhrəmanov tədbirin təşkilində göstərilən dəstəyə və atası haqqında səslənən xoş fikirlərə görə minnətdarlığını ifadə edib.

Konfrans panel sessiyalarla davam edib.

-1 / 10

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri