Icma.az
close
up
RU
Əliağa Vahidin illər sonra üzə çıxan müsahibəsi: “Cəfər Cabbarlıdan 3 manat istədim...”

Əliağa Vahidin illər sonra üzə çıxan müsahibəsi: “Cəfər Cabbarlıdan 3 manat istədim...”

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Əliağa Vahidi, heç şübhəsiz, 20-ci əsrin ən böyük qəzəl ustası adlandırmaq olar. Onun qəzəlləri indiyə qədər mahnıları, muğamları bəzəyir. Əliağa Vahid həmişə haqqında yüksək fikir söylənilən, xalqın gerçəkdən sevdiyi şairlərdəndir.

Bizimyol.info xəbər verir ki, qəzəlxan ötən əsrin 30-cu illərinin respressiyasından möcüzə sayəsində yan qaça bilib. Böyük ehtimalla spirtli içkilərdən çox istifadə etməsinə görə onu cəzalandırmayıblar. Necə deyərlər, Vahidi ciddiyə almayıblar. Halbuki əvvəlcə adının repressiya siyahısına salındığı məlumdur.

Gerçək xalq şairinin yüzlərlə şeiri, qəzəli qalsa da, bundan dəfələrlə çox sənət nümunəsi it-bat olub. Onun yalnız bir neçə lentdə səsini dinləmək mümkündür. Bir müddət əvvəl Əliağa Vahidin ötən əsrin 60-cı illərində, böyük ehtimalla həm də ömrünün son günlərində verdiyi radio-müsahibə üzə çıxıb. Vahid həmin müsahibədə çox maraqlı məqamlardan danışıb.

Şair şeirlərinin it-bat olmasında özünü rolunun böyük olduğunu deyir: “Bir nəfər gəlib məndən şeir xahiş eləyirdi. Yazırdım, 10 manat pul verirdi. Şeir onda qalırdı, 10 manat da məndə. Belə olub həyatım, sonrasını bilməmişəm... Həmin adət elə indi də məndə var”.

Əliağa Vahid müsahibəsində özünün ustadı saydığı Məşədi Azər barədə xatirələrini danışır. Onunla ilk dəfə necə tanış olduğunu xatırlayır. Elə həmin gün Məşədi Azər Vahidi özü ilə o vaxt Mirzə Ələkbər Sabirin heykəlinin yerində qərarlaşmış mətbəəyə aparır, oranın işçilərinə gənc şairi tapşırır. Bundan sonra Əliağa çap olunmağa başlayır.

Qəzəlxan Cəfər Cabbarlı ilə çox yaxın dost olub. Səməd Vurğunu da yaxşı xatırladığını bildirir. Vahid müsahibədə deyir ki, Cabbarlı bədahətən şeir deməkdə onunla və çevrəsi ilə ayaqlaşmağa çalışırmış, amma Vurğunun daha ləng qafiyə tapdığını xatırlayır.

“Bir gün Həsən Səyyarla səhər-səhər bərk başımız ağrıyır. Pulumuz da yoxdu, dedim, gedək Məmmədəli Sidqinin yanına. Yaxşı adam idi, Allah rəhmət eləsin. Onu yerində tapa bilmədik. Bir də gördük rəhmətlik Cəfər gəlir. Dedim, “Cəfər, 3 manat ver, başımızı düzəldək”. Dedi, “neynirsiz 3 manatı?” Təklif elədi, saat 3-ə qədər gözləyək, gedək onlara, Sona xanım yemək bişirib, evdə hər şey var. Cəfər Cabbarlı qonaqpərvər adam idi. Əl çəkmədim. Axırda dedi ki, “filan qafiyəni deyə bilsən, verəcəm”. Qafiyə təxminən belə idi ki, meydanından Allah saxlasın, dövranından Allah saxlasın. Dedim, Cəfərin xoşuna gəldi. Əlini atdı cibinə, pulqabını çıxarıb bir dənə 10-luq bağışladı bizə...”

Əliağa Vahid müsahibənin sonunda ard-arda bir neçə qəzəlini səsləndirir. Şair özünün xırıltılı, amma doğma, isti səsi ilə bizi o illərə aparır...

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Fevral 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri