Elias Xaralambous: Qarabağ la oyun Mançester Yunayted lə görüşdən daha çətin keçəcək İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sabahkı oyun çətin olacaq".
İdman.biz xəbər verir ki, bunu Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" – FCSB (Rumıniya) matçından öncə təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Elias Xaralambous deyib.
Kiprli mütəxəssis "Qarabağ"la matça yaxşı hazırladıqları nə deyib: "Əvvəlcə Abdolbari Gozalın vəfatı ilə bağlı "Qarabağ" a başsağlığı vermək istəyirəm. Sabahkı oyuna gəldikdə isə matçın çətin keçəcəyini düşünürəm. Rəqib komandanın baş məşqçisi çox təcrübəlidir. Ola bilər ki, "Qarabağ" la oyun "Mançester Yunayted"lə görüşdən daha çətin keçsin. Biz statistikalara baxsaq, komandamızın yaxşı vəziyyətdə olduğunu deyə bilərik. Sabah əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də başlayacaq.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 22 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















