Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Əlillərin avtobus problemi 2030 cu ilə qədər FOTOLAR

Əlillərin avtobus problemi 2030 cu ilə qədər FOTOLAR

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtda fəaliyyət göstərən avtobus marşrut xətlərində iki növ nəqliyyat vasitəsi mövcuddur: köhnə və yeni tipli avtobuslar. Köhnə, istismar müddətini başa vurmuş avtobuslardan əlilliyi olan şəxslər ümumiyyətlə, istifadə edə bilmir.

Yeni avtobusların üstünlüklərindən biri fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan xüsusi oturacaqların və əlil arabasını yerləşdirmək üçün ayrılmış yerlərin olmasıdır. Ancaq bu yerlərdə təhlükəsizlik kəmərləri çox vaxt mövcud deyil. Həmçinin, əlil arabası istifadəçiləri üçün nəzərdə tutulmuş dəmir tutacaqların bir çoxu sınıq və yararsız vəziyyətdədir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov mediaya verdiyi açıqlamada yolların əlil şəxslər üçün əlverişsiz olduğunu, lakin bu problemləri aradan qaldırmaq üçün cavabdeh qurumların mütəşəkkil fəaliyyət göstərməli olduğunu qeyd edib.

Bu cür maneələr yalnız avtobuslarla məhdudlaşmır. Metrolarda da bənzər problemlər mövcuddur. Bir çox metro stansiyası əlilliyi olan şəxslər üçün uyğun deyil. Mövcud panduslar istifadəçini başqasının köməyi ilə hərəkət etməyə məcbur edir. Liftlər isə yalnız bənövşəyi xəttin stansiyalarında nəzərdə tutulub və onların da işlək vəziyyəti qeyri-sabitdir.

Bakı Metropoliteni bu problemləri nəzərə alaraq “Əlçatan Metro” layihəsini irəli sürüb. Bu xidmət çərçivəsində əlilliyi olan şəxslərə azı iki metro işçisinin köməyi ilə hərəkət imkanı yaradılır. Lakin bu xidmətdən istifadə etmək üçün ən azı 1 saat əvvəl, ümumilikdə isə 24 saat ərzində əvvəlcədən müraciət etmək tələb olunur. Yəni əlilliyi olan şəxslər metrodan digər sərnişinlər kimi sərbəst istifadə edə bilmir, mütləq 1 saat gözləməli olurlar. Bir neçə stansiyalarda esakalatorların olmaması da çətinliyi yaradan amildir. Sakin bilmir qol ağacından tutsun, yoxsa məhəccərdən.

 Yerüstü və yeraltı piyada keçidləri də sözün əsl mənasında maneələrlə doludur. Bu keçidlərdən istifadə etmək istəyən fiziki məhdudiyyətli şəxslər mütləq müəyyən fiziki gücə sahib olmalıdır ki, yolu keçə bilsin. Piyada yolların düzgün qurulmaması, yolların mağazalar və maşınlar tərəfindən zəbt olunması böyük narahatlıq yaradır.

Bütün bu problemlər səbəbindən yüzlərlə insan illərlə sanki karantin şəraitində yaşamağa məcbur qalır və ya aldıqları əlillik müavinətinin əksər hissəsini taksi xərclərinə yönəltməli olurlar.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib ki, ictimai nəqliyyatın avtobus seqmentində “BakuBus” bu işin pioneri oldu: "Əlil arabasından istifadə edənlər üçün şərait asanlaşdırıldı. Sürücülərə də tələb qoyuldu ki, əlil arabası ilə avtobusa daxil olan şəxslərə yardım etsinlər”.

Eldəniz Cəfərov əlavə edib ki, köhnə modifikasiyalı avtobuslarda isə bu imkan yoxdur və yaxın vaxtlarda bu problemin aradan qaldırılması vacibdir.

Ekspert hesab edir ki, əlilliyi olan insanların sərbəst hərəkətini təmin etmək üçün konduktor və nəzarətçi sistemi bərpa edilə bilər.

“Konduktor və nəzarətçi sistemi bərpa olunarsa, onlar yalnız ümumi nəzarət işini deyil, həm də əlilliyi olan sərnişinlərin avtobusa və metroya minib-düşməsinə kömək edə bilərlər,” – deyə o bildirib.

O həmçinin metropolitenin bu sahədəki fəaliyyətinə də toxundu : “Əlçatan metro” layihəsi çox yaxşı sosial layihədir. Hazırda Metropoliten əlilliyi olan şəxslərə yardım üçün mümkün olan ən effektiv üsulları tətbiq edir”.

Keçidlərdə yaşanan problemlərin aradan qaldırılması üçün 2025-2030-cu illəri əhatə edən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramını vurğulayaraq dedi: “Bu illər ərzində liftlərin, eskalatorların, pandusların müvafiq vəziyyətə gətirilməsi təmin edilməsi məsələsi proqrama daxildir. Ümid edirik ki, bu ilin sonu, gələn ilə qədər bu problem öz həllini tapar”.(musavat)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 İyul 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri