Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirildi Yeni Gündəm
Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur, əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Vətəndaş heç vaxt işləməyib sonradan əlil olursa, əlbəttə sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girə bilməyəcək, o, müavinət sisteminə girəcək. Amma əgər vətəndaş işləyib sonradan əlillik qazanıbsa, əmək qabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu, kifayət qədər böyük güzəştli yanaşmadır”, – deyə nazir bildirib.
APA
Baxış sayı:97
Bu xəbər 27 Noyabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















