Icma.az
close
up
RU
Əlilliyi olan qaçqın qadınların hüquqları tanınmalıdır QHT sədri

Əlilliyi olan qaçqın qadınların hüquqları tanınmalıdır QHT sədri

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı layihənin icrası uğurla davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə birliyin sədri Məhluqə Rəhimova mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə, 1948-1953 və 1988-ci ildən etibarən Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) etnik və siyasi səbəblərlə zorla deportasiya olunan, fiziki məhdudiyyətlərlə yaşamağa məcbur edilən qadınların dramatik həyat hekayələrini beynəlxalq səviyyədə gündəmə gətirir.

“Azərbaycanın vətəndaş cəmiyyəti təşəbbüsü çərçivəsində həyata keçirilən “Əlilliyi Olan Qaçqın Qadınların Həyat Hekayələri” layihəsi, zorla köçürülmüş və fiziki məhdudiyyətləri olan qadınların fərdi şahidliklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı hədəfləyir. Buna görə də, Azərbaycana zorla köçürülən və fiziki məhdudiyyətlərlə üzləşən qaçqın qadınların insan hüquqları pozuntularına dair şahidlikləri beynəlxalq platformaya təqdim olunacaqdır”, - deyə M.Rəhimova vurğulayıb. Bildirib ki, layihə çərçivəsində hazırlanan 5 dəqiqəlik sənədli videoçarx, zorla köçürülmüş, hüquqları pozulmuş qadınların real şahidliklərini, tarixi faktlar və hüquqi kontekstlə birlikdə təqdim ediləcək. Bu təşəbbüs, Birləşmiş Millətlər Təşkilatının “Heç kəs geridə qalmasın”, “Qadınların gücləndirilməsi” və “Qaçqınların ləyaqətli qayıdış hüququ” prinsipləri ilə tam uyğunlaşdırılıb.

“Layihənin əsas məqsədi əlilliyi olan qaçqın qadınların səsinin dünyaya çatdırılması, BMT konvensiyalarına əsaslanaraq qayıdış hüququnun tanınması və təşviqi, beynəlxalq insan hüquqları və humanitar hüquq pozuntularının sənədləşdirilməsi və regional və qlobal müdafiə mexanizmlərinin aktivləşdirilməsi üçün çağırış erməkdir”.

Layihənin məqsədi bu kateqoriyadan olan qadınların həyat təcrübəsini qlobal miqyasda görünən etmək, eyni zamanda beynəlxalq hüququn pozulması faktlarını sənədləşdirərək aidiyyəti qurumların diqqətinə çatdırmaqdır. Bu təşəbbüs, həm də beynəlxalq müdafiə mexanizmlərinin gücləndirilməsi və effektiv tətbiqinə töhfə verməyi, dayanıqlı dialoq və hüquqa əsaslanan əməkdaşlıq mühiti yaratmağı hədəfləyir.

“Biz BMT-nin müvafiq strukturlarını - OHCHR, UNHCR, UN Women, UNDP, ECOSOC, Avropa İttifaqının İnsan Hüquqları üzrə Mexanizmlərini və beynəlxalq ictimaiyyəti bu səslərə biganə qalmamağa çağırırıq. Bu qadınların qayıdış hüququ, reabilitasiya ehtiyacı, sosial-iqtisadi müdafiəsi və ədalətə çıxışı təmin olunmalıdır. Layihə beynəlxalq platformalarda, o cümlədən Cenevrədəki BMT-nin İnsan Hüquqları Şurasında, BMT-nin Qadın Statusu üzrə Komissiyasında (CSW) və Qaçqınlar üzrə BMT-nin Yüksək Komissarlığının illik sessiyalarında təqdim olunacaq; hesabat və videoçarx Azərbaycan və İngilis dillərində paylaşılacaq”, - QHT rəhbəri əlavə edib.  

Məhluqə Rəhimovanın sözlərinə görə, layihə çərçivəsində hazırlanacaq videoçarx və tematik hesabatın təqdimatı BMT-nin Cenevrə və Nyu-York strukturlarına, həmçinin regional insan hüquqları mexanizmlərinə təqdim olunacaq. Layihə tərəfdaşları beynəlxalq humanitar hüququn və insan hüquqları prinsiplərinin tətbiqi və monitorinqi sahəsində daha fəal şəkildə əməkdaşlıq etməyə çağırılır.

“Bu, təkcə bir videoçarx deyil, bütün dünyada zorla köçürülmüş qadınların səslərinə bir körpüdür. Əlilliyi olan qaçqın qadınların hüquqları tanınmadıqca, beynəlxalq hüquq sadəcə prinsiplər toplusu olaraq qalır. Unutmayaq ki, ədalət – qayıdış hüququmuzu təmin etməklə, ləyaqəti bərpa edə bilər. Qayıdış – bir hüquqdur, seçim deyil”, - deyə, M. Rəhimova bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri