Icma.az
close
up
RU
Osloda “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib

Osloda “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Stokholm, 27 oktyabr, Nərgiz Cəfərli, АZƏRTAC

Norveçin paytaxtı Oslo şəhərində yerləşən Azərbaycan evində “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, videoçarx Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə hazırlanıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Media Qrupu (International Media Group) və Norveçdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təşkilati dəstəyi ilə keçirilən tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlayıb.

Tədbirdə Azərbaycan evində 2020-ci ildən fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili məktəbinin şagird və müəllimləri, valideyinlər, müxtəlif millətlərin nümayəndələri, eyni zamanda Azərbaycan Evinin və Norveç Azərbaycanlıları Gənclər Təşkilatı - NAYO-nun fəalları iştirak ediblər.

Tədbiri Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev açaraq qonaqları bu gərəkli və uğurlu lahiyə münasibəti ilə təbrik edib.

Ardınca söz “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimovaya verilib. M.Rəhimova tədbir iştirakçılarına videoçarxın yayılması və yerli oxşar təşkilatların nümayəndələrinə təqdim edilməsinin zəruriliynin vurğulayıb: “Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Prezident İlham Əliyevin sülh siyasəti nəticəsində biz öz Vətənimizə qayıdacağıq, buna ürəkdən inanırıq. Hamımız öz sahəmizdə çalışaraq müharibəsiz bir dünya qurmağa töhfə verməliyik. Biz “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi olaraq Skandinaviadakı oxşar təşkilatlarla əlaqələrin yaradılmasında çox maraqlıyıq. Bu əlaqəni də siz diaspora fəalları öz öhdənizə götürsəniz bundan həm xalqımız, həm də müxtəlif səbəblərdən əlilliyə məhkum olmuş vətəndaşlarımız qazanacaqlar”.

Tədbir Beynəlxalq Media Qrupunun sədri, videoçarxın prodüseri və rejissoru Rahim Sadıqbəylinin çıxışı ilə davam edib: “Dünən Stokholmda beynəlxalq auditoriyaya, bu gün Osloda diaspora nümayəndələrinə, burada böyüyən gənclərimizə tariximizin unudulmaz səhifələrindən danışan mühüm bir videoçarxı təqdim etmək qürurvericidir. Mən bu vidoçarxı İsveçdə və Avropada fəaliyyət göstərən bir çox sosial qurumlara, eləcə də mətbuat organlarına göndərmişəm. Bu iş bundan sonra da davam edəcək”.

Çıxışlardan sonra “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarx ingilis və Azərbaycan dillərində tədbir iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, videoçarxın layihə rəhbəri Məhluqə Rəhimova, layihə rəhbərinin köməkçisi Firuzə Babayeva, ssenari müəllifi Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Televiziyası və Radio Verlişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri Mahir Qəribov, layihə üzrə ekspert isə Səidə Qurbanovadır.

Tədbirdə iştirakçılara Azərbaycan mədəniyyətinin kulinariya ənənələrini əks etdirən milli şirniyyatlar və isti içkilər təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri