Icma.az
close
up
RU
Stokholmda “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib

Stokholmda “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Stokholm, 26 oktyabr, Nərgiz Cəfərli, АZƏRTAC

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində “Arena Satelliten” Mədəniyyət və İdman Mərkəzinin zalında “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarxın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, videoçarx Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə hazırlanıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Media Qrupu (International Media Group) və Norveçdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təşkilati dəstəyi ilə keçirilən tədbir Azərbaycan və İsveç dövlət himnlərinin səslənməsi ilə başlayıb.

İsveçdə akkreditə olunmuş diplomatik korpusun üzvləri, İsveç, Çin, Özbəkistan, Türkiyə və Azərbaycan icmalarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Açılış nitqi ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin Koordinasiya Şurasının İsveç üzrə nümayəndəsi Ayda Əmir Haşimi qeyd edib ki, bu tədbir doğma torpaqlarından didərgin düşmüş insanların taleyinə, qayıdış arzusuna və milli yaddaşına hörmətin təcəssümüdür.

“Qərbi Azərbaycana qayıdış” tarixi ədalətin bərpası və azərbaycanlıların öz ata-baba torpaqlarına sülh yolu ilə dönməsi ideyasıdır. Biz Vətənimizin bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik, qazilərimizə şəfa diləyirik. Azərbaycanımızın bütövlüyünü, güclənməsini və çiçəklənməsini təmin edən Prezident İlham Əliyevə böyük sevgimizi dilə gətiririk”, – deyə A.Ə. Haşimi vurğulayıb.

Ardınca söz “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimovaya verilib. O qeyd edib ki, cəmiyyət olaraq dünyanın bir çox konfranslarında fəal şəkildə iştirak edirlər.

“Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Prezident İlham Əliyevin sülh siyasəti nəticəsində biz öz Vətənimizə qayıdacağıq, buna ürəkdən inanırıq. Hamımız öz sahəmizdə çalışaraq müharibəsiz bir dünya qurmağa töhfə verməliyik”, – deyə Məhluqə Rəhimova vurğulayıb.

Səfirliyin birinci katibi Əsgər Nağıyev bildirib ki, təqdim olunan videoçarx təkcə fərdi taleləri deyil, həm də cəmiyyətimizin humanist dəyərlərini, həmrəylik ruhunu və sosial ədalətə bağlılığını əks etdirir.

Tədbir Beynəlxalq Media Qrupunun sədri, videoçarxın prodüseri və rejissoru Rəhim Sadıqbəylinin çıxışı ilə davam edib.

“Bu gün burada beynəlxalq auditoriyaya bu cür mühüm bir videoçarxı təqdim etmək qürurvericidir”, – deyə o bildirib.

Çıxışlardan sonra “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarx ingilis və Azərbaycan dillərində tamaşaçılara təqdim olunub.

Tədbirin sonunda “Əlil Qadınlar Cəmiyyəti”nin Bəyanatı səsləndirilib.

“Biz, Azərbaycan “Əlil Qadınlar Cəmiyyəti’ olaraq, əlilliyi olan qadınların və uşaqların çoxqat həssaslığını önə çəkir və heç kimin unudulmaması ideyasını müdafiə edirik. Biz nifrət deyil – ümid, qisas deyil – anlayış, unudulmaq deyil – xatırlanmaq istəyirik.

Bizim bəyanatımız yalvarış deyil, bu, insan ləyaqətini qorumaq, regionda və dünyada sülhü bərqərar etmək, həmçinin qaçqınlarımızın evlərinə təhlükəsiz dönüş yolunu açmaq üçün birgə hərəkətə keçmək çağırışıdır”, – bəyanatda qeyd olunub.

Tədbirdə iştirakçılara Azərbaycan mədəniyyətinin kulinariya ənənələrini əks etdirən milli şirniyyatlar və isti içkilər təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Oktyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri