Əlilliyi olan şəxslər 11,3 min reabilitasiya vasitəsi ilə təmin edilib
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar ayında əlilliyi olan şəxsləri 11,3 min reabilitasiya vasitəsi ilə təmin edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 846-sı təkərli oturacaq (o cümlədən 33-ü mühərrikli təkərli oturacaq), 265 aşağı və yuxarı ətraf protezi, habelə 135-i eşitmə aparatı, 255-i qoltuqaltı və dirsəkaltı ağac və 9-u korset olub.
Həmin şəxslərə 330 cüt protez ayaqqabı, 493 cüt ortopedik ayaqqabı və s. reabilitasiya vasitələri də təqdim olunub.
Yanvar ayında ümumilikdə 1,9 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
Baxış sayı:106
Bu xəbər 18 Fevral 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















