Əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verildi
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ötən il əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, onlardan 6,3 mini təkərli oturacaq (o cümlədən 186-sı mühərrikli təkərli oturacaq), 2,6 mini aşağı və yuxarı ətraf protezi, 6,5 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 11 min cüt protez və yarım cüt ortopedik ayaqqabı, 1039 eşitmə aparatı, 547 korset və digər reabilitasiya vasitələri təqdim olunub.
Ötən il əlilliyi olan 13,7 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 16 Yanvar 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















