Icma.az
close
up
RU
Əliməmməd Nuriyev: “Narkotik istifadəçisi cinayətkar deyil, xəstədir”

Əliməmməd Nuriyev: “Narkotik istifadəçisi cinayətkar deyil, xəstədir”

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Gəncləri qorumaq üçün təcili tədbirlər görülməlidir”

Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə “Azercell” abunəçilərinə narkotiklərin fəsadları barədə SMS-bildirişlərin göndərilməsini bir neçə gün təmin edib.

Bu barədə İşçi Qrupundan məlumat verilib. Bildirilib ki, maarifləndirici mesajlar mərhələli şəkildə 3 gün ərzində ümumilikdə 4 milyon 171 minə yaxın abunəçiyə göndərilib. SMS-lərin məzmunu belə olub: “DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802”. 

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında bildirdi ki, müasir dövrdə narkotik ticarəti sosial şəbəkələrə və rəqəmsal platformalara daşındığı üçün hüquqi mübarizə və kibermüdafiə mexanizmləri gücləndirilməlidir: 

- Maarifləndirici mesajlar, əlbəttə, müsbətdir. Lakin narkotik maddələrin istehsalı, dövriyyəsi, satışı, yeniyetmə və gənclərin cəlb edilməsinin qarşısını almaq üçün mütləq kompleks tədbirlər lazımdır. Maarifləndirici mesajlar bu vasitələrdən biridir. Maarifləndirici mesajlarla yanaşı, eyni zamanda qanunvericiliyə uyğun cəza və hüquq-mühafizə tədbirləri, tədris müəssisələrində görüşlər, söhbətlər, narkotiklərin bəlası haqda geniş çıxışlar, müzakirələr aparılmalı, zərərçəkmişlərlə görüşlər təşkil edilməli, gənclərə ağır, faciəli həyat hekayələri, ağır talelər əyani göstərilməlidir. Gənclər arasında erkən müdaxilə, sağlam həyat tərzinin təbliği və qabaqlayıcı maarifləndirmə ön plana çəkilməlidir. İnstitusional və hüquqi islahatlara ehtuyac var. Dövlət proqramları çərçivəsində qanunvericilik tənzimlənməli, aidiyyəti dövlət komissiyaları və ictimai birliklərin fəaliyyəti sistemli şəkildə əlaqələndirilməlidir. Narkotiklərlə mübarizənin yalnız cəza tədbirləri ilə məhdudlaşdırılmamalı, məsələyə kompleks yanaşılmalıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər bir neçə əsas prinsipə əsaslanmalıdır- profilaktika və maarifləndirmə. Narkomaniya ilə mübarizənin təməli təbliğata, xüsusilə də yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına dayanmalıdır. 

Ə.Nuriyev bildirdi ki, sosial reabilitasiya da əsas şərtdir: 

- Narkotik aludəçisi olan şəxslərin cəmiyyətə inteqrasiyası və müalicəsi prosesinə xüsusi diqqət ayrılmalıdır. Cəmiyyətimiz başa düşməlidir ki, narkotik istifdəçisi cinaytkar deyil, narkomaniyanın cənginə düşmüş xəstədir. O, müalicə olunmalı, sağalmalıdır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyun 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri