Icma.az
close
up
RU
İctimai şuralar araşdırlmalıdır! Əliməmməd Nuriyev

İctimai şuralar araşdırlmalıdır! Əliməmməd Nuriyev

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında yol verilən pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb.
 

“Apardığımız təhlillər göstərir ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai şuraların təxminən 25%-i eyni şəxslərdən ibarətdir. Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorlarının, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var", - deyə bəyanatda bildirilib.
Azərbaycan Milli QHT Forumu hesab edir ki, İctimai şuraların “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun fəaliyyəti təmin olunmalı, İctimai şuralar yalnız ictimai maraqlara xidmət etməli, ictimai nəzarəti təmin etməli, bu şuraların tərkibinin formalaşmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır.
Modern.az mövzu ilə bağlı Daxili İşlər Naziriyi yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevlə həmsöhbət olub.
 

Müsahibimiz bildirib ki, doğrudan da İctimai şuraların təşkili zamanı çox ciddi qanun pozuntularına yol verilir:

“Bir sıra İctimai şuralar formal olaraq təşkil olunur. Eyni zamanda, bəzi hallarda şuralar vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı olmadan yaradılır. Halbuki İctimai şuralar yaradılan zaman seçkilər olmalı, bunun nəticəsində formalaşdırılmalıdır. Təəssüf ki, yerli icra hakimiyyəti orqanları yanında yaradılan İctimai şuralarda biz buna daha çox təsadüf edirik. Belə olan halda şuralar üzərinə düşən ictimai iştirakçılıqla bağlı funksiyaları yerinə yetirmək imkanına malik olmayacaq. Çünki şura onu təyin edən orqandan asılı olacaq. Bu baxımdan hesab edirəm ki, verilən bəyanat məsələlərə ciddi toxunur. Düşünürəm ki, İctimai şuraların təşkili məsələsi ciddi surətdə ictimai nəzarət altında olmalı, seçki proseslərinə əməl edilməlidir”.
 

Ə.Nuriyev bildirib ki, Milli QHT Forumunun bəyanatı ilə bağlı bir sıra məqamlara da toxunub:


“Bəyanatda qeyd olunur ki, bəzi vasitəçi şəxslər peyda olublar. Bu məsələ ilə bağlı çox məlumatlı deyiləm. Digər tərəfdən, şura üzvü olan şəxslərin hansısa məlumatlarla bağlı sui-istifadə halları olubsa, bu da araşdırılmalıdır. İstənilən İctimai Şura üzvü tərəfindən yanında fəaliyyət göstərdikləri qurumun konfidensial məlumatları heç bir halda yayılmamalıdır. Bu məlumatların yayılması 2 mühüm pozuntuya gətirib çıxarır. Birincisi, etik qaydaların pozulması məsələsidir. Əgər bu məlumatlar dövlət sirri, kommersiya sirri, peşə sirri ilə bağlı məsələdirsə, həmin informasiyanın yayılması müvafiq məsuliyyət yarada bilər. Ona görə də burada qanunun normalarına və etik standartlara əməl edilməsi vacib məsələdir.
Bəzi hallarda İctimai Şura üzvləri dövlət orqanlarının müxtəlif tədbirlərində iştirak edir, eyni zamanda müxtəlif müzakirələr aparılır. Bu müzakirələr başa çatmamış onun məzmunu ilə bağlı məlumatların yayılması da qeyri-etikdir və belə hallara yol verilməməlidir”.

Ə.Nuriyev qeyd edib ki, bəyanatın məzmunundan çıxan əsas nəticə ondan ibarətdir ki, İctimai Şuranın təşkili prosesinə baxış dəyişməlidir:
 

“Şura seçkiləri rəqabət şəraitində keçirilməlidir. Bu halda İctimai şuralar effektiv fəaliyyət göstərməyə çalışacaq. Əgər şuralar təyinatla formalaşdırılırsa, şübhəsiz ki, hansısa effektiv nəticə gəstərə bilməyəcəklər. Düşünürəm ki, "İctimai iştirakçılıq haqqında" Qanuna dəyişiklik edilməsi barədə düşünməliyik. Konstitusiya Araşdırmaları Fondu tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə layihə həyata keçirilib. Bununla bağlı geniş müzakirələr də aparılıb. Zamanında "İctimai iştirakçılıq haqqında" Qanun məhz bizim Konstitusiya Araşdırmaları Fondu tərəfindən hazırlanaraq təqdim edilib. Ona görə də "İctimai iştirakçılıq haqqında" Qanun bizim məhsulumuz olduğundan, hər zaman nəticələrini çox diqqətlə izləyirik. Düşünürük ki, qanunvericiliyə müvafiq dəyişikliklər olmalıdır. Qanun 11 ildir qüvvəyə minib və ötən müddət ərzində ictimai münasibətlərdə mühim dəyişikliklər baş verib. O baxımdan burada müvafiq dəyişikliklər zəruridir”.
 

Müsahibimiz sonda vurğulayıb ki, burada həm seçki prosesinə baxılmalı, həm də ixtisaslaşma məsələsi diqqətə alınmalıdır:
 

“Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları yanında İctimai şuralar yaradılırsa, təqribən 3000-ə yaxın üzv olmalı idi. Bizim qeyri-hökumət təşkilatlarının bu qədər fəal olduğunu düşünmürəm. QHT-lərin fəallıq fəaliyyəti hazırda ortalama 500-800 civarındadır. Amma vətəndaş cəmiyyəti inkişaf edir və onun üçün yeni imkanlar yaradılır. Xüsusilə də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin faəliyyətini burada qeyd etmək lazımdır. Eyni zamanda vətəndaş cəmiyyəti layihələrinin maliyyələşdirilməsi istiqamətində mühüm addımlar atılmalıdır. Hazırda orta və böyük qrantlar verilməyə başlanıb. Bununla QHT-lər real nəticələr əldə etmək imkanına malikdir. Düşünürəm ki, bu vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr vermiş olacaq. Eyni zamanda COP29-da da vətəndaş cəmiyyətinin uğurlu faəliyyəti oldu. Bununla yanaşı, beynəlxalq təşkilatla əlaqələr qurmağa cəhdlər var. Bir sıra uğurlu layihələrin vətəndaş cəmiyyətləri tərəfindən həyata keçirilməsi həm ictimai iştirakçılığın genişlənməsinə, həm də bütövlükdə dövlətimizin prioritet istiqamətlər üzrə töhfələrin verilməsinə gətirib çıxarır. O baxımdan proses dinamikdir, bu dinamikanı təmin etmək üçün qanunvericiliyə baxışlar mütəmadi olaraq davam etməlidir. Özəl sektorun vətəndaş cəmiyyətinə dəstək imkanları genişləndirilməli, yeni milli donorlar yaradılmalıdır. Bir sözlə, vətəndaş cəmiyyəti ilə bağlı yeni konsepsiyanın hazırlanması zəruridir. Həmçinin vətəndaş cəmiyyətinin xarici donorlardan asılılığının aradan qaldırılması ilə bağlı dəstəyin genişlənməsinə ehtiyac var. Vətəndaş cəmiyyətinin maliyyələşdirilməsi üçün milli donor institutunun inkişaf etməsi vacibdir. Bu gün ən vacib məsələlərdən biri də real vəətndaş cəmiyyətinə dəstəyin gücləndirilməsi olmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see376

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see253

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see176

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see165

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see140

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri