Icma.az
close
up
RU
Yas mərasimlərinə milyonlarla pul xərclənir Əliməmməd Nuriyev

Yas mərasimlərinə milyonlarla pul xərclənir Əliməmməd Nuriyev

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu gün yas mərasimlərində israfçılığa yol verilir. Təəssüf ki, çox vaxt mərhumun xatirəsini yad etmək əvəzinə, yas mərasimləri dəbdəbəyə və israfçılığa çevrilir. Halbuki bizim milli-mənəvi köklərimiz də, dini dəyərlərimiz də tam əksini deyir. Ənənələrimizdə də böyüklük təmtəraqda yox, təvazökarlıqda ölçülüb. Mərhumun ruhuna ehtiram süfrənin bolluğunda deyil, duanın səmimiyyətindədir. Əslində yas insanın faniliyini dərk etdiyi məqamdır. Bu məqamda insanın ehtiyacı nə qədər yeməyin verildiyi, neçə növ təamın hazırlandığı deyil, yaxınlarının yanında olması, təsəlli sözüdür. Amma illərlə formalaşmış yanlış təzyiq var: “qonşu necə etdi, biz də ondan geri qalmamalıyıq.” Bu sosial yarış ailələri borca sürükləyir, illərlə ödənilən xərclərə çevirir”.

Bunu 525.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, yas mərasimi yükdən azad etməli olduğu halda, özü yükə çevrilir. İnsanların qəlbində mərhəmət azalmır, amma forma dəyişir və nəticədə mərasim səmimiyyətini itirir:

“İqtisadi nəticələr də az deyil. Yas mərasimlərinə xərclənən pullar milyonlarla manata çatır. Halbuki həmin vəsait uşaqların təhsilinə, gənc ailələrin mənzil probleminin həllinə, kiçik bizneslərin qurulmasına sərmayə ola bilərdi. İsrafçılıq təkcə ailə büdcəsini deyil, bütövlükdə milli iqtisadi dayanıqlığı zəiflədir. Hər dəbdəbəli süfrənin arxasında gizli borc yükü var və bu borcu illərlə ödəyən insanlar var. Həll yolu isə qadağalarda deyil, şüurun dəyişməsindədir. Restoranların şəffaf qiymət siyasəti, din xadimlərinin sadəliyi təbliğ etməsi, ziyalıların nümunə göstərməsi, medianın dəbdəbəni yox, sadə mərasimləri işıqlandırması mühüm addımlardır. Əsl islahat buradan başlanır – cəmiyyətin öz razılığından, könüllü etik kodeksdən. Yas mərasimlərini sadə dua və xatirə toplantısı kimi keçirmək, 3, 7, 40 və il mərasimlərini birləşdirmək, təmtəraqlı süfrə əvəzinə sadə ehsanla kifayətlənmək, “məcburi pay” təzyiqini aradan qaldırmaq həm ailələrin yükünü yüngülləşdirər, həm də cəmiyyətin sosial normalarını sağlamlaşdırar. Yas mərhumun ruhuna ehtiramdır, mərhəmətin ən saf ifadəsidir. İsrafçılıq isə mərhəmətin üzərinə kölgə salır. Bu kölgəni dağıtmaq bizim həm fərdi, həm ictimai, həm də mənəvi borcumuzdur”.

Sevinc QARAYEVA 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri