Icma.az
close
up
RU
“Əlinə pul düşüb, maşın alıb, dənizdə göstərir” EKSPERTDƏN TƏNQİD FOTO

“Əlinə pul düşüb, maşın alıb, dənizdə göstərir” EKSPERTDƏN TƏNQİD FOTO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə yayılan son görüntülərdə Bilgəh çimərliyində bəzi vətəndaşların avtomobillərini birbaşa dənizin içinə sürdüyü müşahidə olunur. Kadrlarda sahildə deyil, məhz suyun içində dayanan nəqliyyat vasitələri açıq şəkildə görünür. Sosial media istifadəçiləri isə bu görüntülərə ironik yanaşaraq, “yəqin üzmə dərsi keçirlər” və “maşınlar günəş vannası qəbul edir” kimi şərhlər yazıblar. Maraqlıdır, avtomobillərin dənizə salınması həm ekoloji baxımdan, həm də texniki cəhətdən hansı zərərlərə səbəb ola bilər? Bu cür halların qarşısını almaq üçün hansı nəzarət və cərimə mexanizmləri tətbiq olunmalıdır?


Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az saytına açıqlamasında bildirib ki, bu hallar mədəniyyətsizlik, tərbiyətsizlik, ətrafdakı insanlara və cəmiyyətə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir.
"Bu, eyni zamanda savadsızlığın bir nümunəsidir. Normal, ağlı başında olan insan belə hərəkətlərə yol verməz. Nəzərə almaq lazımdır ki, avtomobillərin mühərrik və ötürücü hissələrində olan yağlar çirklidir. Həmin yağları dənizə yaymaq suyu çirkləndirir. Onsuz da, çirkli olan dəniz suyunu bu cür məsuliyyətsiz davranışlarla bir az da çirkləndirirlər. Halbuki ora insanların çimdiyi ərazidir, maşın çimizdirmək üçün yer deyil. Bunun üçün xüsusi avtoyuma məntəqələri mövcuddur. Hətta öz həyətində göl düzəlt, istədiyin qədər maşını yu. Amma dəniz çimərlik ərazisidir, burada insanlar istirahət edir. İnsanlar bilərəkdən və ya bilməyərəkdən bu cür səhvlərə yol verirlər".
Elməddin Məmmədli onu da diqəttə çatdırıb ki, çimərlik ərazisi avtomobil idarə etmək üçün nəzərdə tutulmayıb. 
"Təhlükəsizlik baxımından da bu ərazilərdə nə maşın sürmək, nə də təlim keçmək tövsiyə olunmur. Hətta maşını dənizə salmaq da çox yanlış və təhlükəli hərəkətdir. Dəniz qumludur. Üzərində ağırlıq olan istənilən cisim orada bata bilər. Sadə bir misal: dənizə girəndə bir nöqtədə ayaq üstə dayananda ayağın quma batdığını hiss edirsən. İndi təsəvvür edin ki, maşın orada necə batar. Bu cür başıboş insanlar hələ də anlamırlar ki, maşın orada bata bilər. Kimsə deyir: “Arvadımın maşını idi, dənizə düşdü.” Başqası deyir: “Pul vermək istəmədim, gətirib burada yudum”. Bu artıq, doğrudan da, bədbəxtçilikdir. Başqa ölkələrdə belə hallara rast gəlməmişəm. Əlinə bir az imkan düşən, maşını olan şəxs dərhal onu nümayiş etdirməyə çalışır. Amma, baxın, belə hallar zamanı nadir hallarda bahalı avtomobillər görürsən. Bahalı maşınla belə hərəkəti edənlər də çox güman ki, nəyinsə hesabına bu vəziyyətə gəlib çatmış şəxslərdir. Pul düşüb əlinə, maşın alıb, indi də onu dənizdə göstərir ki, camaat görsün".


Ekspert vurğulayıb ki, bu cür hərəkətlər çimərlik ərazisindəki insanların həyatı üçün də təhlükə yaradır:
"Orada uşaqlar, körpələr ola bilər. Nəzarətsiz qalan uşaq maşının altında qala bilər. Axı bu necə ola bilər? İtkilərin qarşısını almaq üçün çimərlik ərazilərində parklanma yerləri yaradılıb. Düzdür, məsələn, dünən Mərdəkan yolunda kütləvi axın səbəbindən böyük sıxlıq yaranmışdı. Saat 12-də baxdım, maşınlar yolun kənarında düzülmüşdü, vəziyyət acınacaqlı idi. Hamı istidən qaçaraq dənizə üz tutmuşdu, amma bu o demək deyil ki, belə qeyri-mədəni davranışlara yol verilsin. Bu açıq-aşkar biabırçılıqdır. Mən bunu heç vaxt normal hal kimi qəbul etmirəm. Normal insan belə hərəkət etməz. Əgər kimsə bunu edirsə, çox güman ki, onun psixoloji problemi var. Bu riskli davranışdır. Hətta ən dayaz yerə belə maşını salsan, bir neçə dəqiqə sonra təkər quma oturar və onu çıxarmaq mümkün olmaz".


Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 İyul 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri