Icma.az
close
up
RU
Hər cərrah əlinə bıçaq ala bilməz Professordan sərt tənqid

Hər cərrah əlinə bıçaq ala bilməz Professordan sərt tənqid

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Plastik cərrahiyyə əməliyyatları ilə bağlı xüsusi qaydalar müəyyən edilməlidir


“Ümumi qaydalar və tələblər dövlət müəssisələrinə, eləcə də özəl tibb müəssisələrinə şamil edilməlidir. Bu məsələlərlə bağlı pərakəndəlik və qanunlarda boşluqlar mövcuddur”



Səhiyyə Nazirliyi plastik cərrahlara növbəti dəfə xəbərdarlıq edib. Nazirliyin müraciətində qeyd edilir ki, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Şübhəsiz, SN-nin həm bu, həm də öncəki müraciəti və xəbərdarlığına səbəb son zamanlar plastik cərrahiyyələrdən ölüm hallarının baş verməsi və saxta cərrahlarla bağlı mediada, sosial şəbəkələrdə yayılan məlumatlar oldu. Plastik cərrahiyyə ölkəmizdə elə bir sürət alıb ki, qarşısını almaq mümkünsüz kimi görünə bilər. Lakin mümkünsüz deyil. Olmamalıdır da. İctimai yerlərdə bir-birinin nəinki bənzəri, oxşarı, hətta təkrarı, eynisi olan insanlarla hər gün dəfələrlə rastlaşırıq. Saçın rəngi, burun forması eyni, dodaqlar eyni, qaşlar eyni, gözün rəngi eyni (gözün rəngini də dəyişdirməyə başladılar), sinə, arxa, ön... hamısı eyni. Sanki konveyerdən çıxır bu adamlar. Təpədən dırnağa qədər bir-birinin təkrarı olan insanlarla doludur şəhər. Bəziləri üzündə, gözündə hətta o qədər dəyişiklik edib ki, gömrükdə, pasport qeydiyyatında kompüter vətəndaşı tanımır. Kompüter “lal-lal” baxır adama, onun pasportda, şəxsiyyət vəsiqəsindəki adam olduğunu təsdiqləyə bilmir. Plastik əməliyyat etdirmək hər kəsin şəxsi seçimidir, deyə də bilərik. Amma vəziyyət kritik hal alırsa, hesab edirik, şəxsi seçimlərin önü alınmalıdır. Xüsusən əməliyyatlar  ölümlə nəticələnirsə və belə faciəli hadisələrin sayı artırsa. Bunun qarşısının alınmasının bir yolu, üsulu mütləq olmalıdır. Səhiyyə Nazirliyi lisenziyaların təqdim edilməsi tələbini qoyub. Bu, plastik cərrahiyyədə müsbətə doğru dönüş nöqtəsi olacaqmı? 


ADTU-nun professoru, tibb elmləri doktoru Adil Qeybulla “Sherg.az"a açıqlamasında qeyd etdi ki, plastik əməliyyatdan əvvəl risk faktorları mütləq yoxlanmalıdır:

seeBaxış sayı:252
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Yanvar 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri