Icma.az
close
up
RU
Məktəblərin dərs saatı dəyişir? Ekspertdən SƏRT TƏNQİD “Bir uşağın arxasınca iki maşın gedir”

Məktəblərin dərs saatı dəyişir? Ekspertdən SƏRT TƏNQİD “Bir uşağın arxasınca iki maşın gedir”

Icma.az, Tribuna saytına istinadən bildirir.

Hər il 15 sentyabrda məktəb illərinin başlaması ilə şəhərdə yollar sıxlıqla dolur. Sürücülər və sərnişinlər tıxaclarda uzun müddət qalır. Bu, həm vaxt itkisinə, həm də əsəb gərginliyinə səbəb olur. Məktəblilər avtobus və ya piyada getməkdə çətinlik çəkir, valideynlər isə uşaqlarını vaxtında məktəbə çatdırmaq üçün planlarını dəyişməli olurlar. Nəticədə şəhər həyatında hər kəsə təsir edən bir problem yaranır. Demək olar hər il bu məsələ ənənəvi olaraq davam edir. Məktəb günləri şəhərdə tıxacın qarşısını almaq üçün hansı tədbirlər görülə bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, məktəb və iş vaxtı dəyişməlidir. Bununla bağlı qərar da var. Ancaq nədənsə, Elm və Təhsil Nazirliyi bu məsələdə gecikir. Görünür, məktəblərin monitorinqini aparıb qurtara bilməyib.

E. Muradlının sözlərinə görə, ümumilikdə məktəblərin başlanğıc vaxtını dəyişmək lazımdır. Həm ali, həm də orta məktəblərin, eləcə də bağçaların başlama vaxtı dəyişməlidir.

“Birinci sinif şagirdini səhər yuxudan ayıldıb ağır çanta ilə gözü yumula-yumula səhər saat 08:00-da məktəbə aparmağın adı nədi? Sovet dövründən qalma ənənəni təhsil sistemi niyə unuda bilmir?! Bu nə xəstəlikdir?! Çox gözəl də başa düşürlər ki, yollarda əsas tıxac məhs ibtidai siniflərin uşaqlarına görə baş verir. Yuxarı siniflərin özləri gedib-gələ bilir. Ən azından məktəbin yaxınlığında maşından düşməsə belə, gedib məktəbi tapa bilir. Amma ibtidai sinfin valideynləri həmişə çalışır ki, maşını düz aparıb məktəbin qapısının ağzında saxlayıb orada düşürsünlər. Çünki parklanma yeri də yoxdur. Avtobuslarda və metrolarda da buna görə sıxlıq yaranır və bundan dolayı da bir çox valideyn uşağı bu vasitələrlə məktəbə yollamır. İmkanı olan valideyni sən necə məcbur edə bilərsən ki, maşının durub qapıda, amma sən avtobusda camaatla qucaqlaşa-qucaqlaşa uşaq apar məktəbə”.

Ekspert nəqliyyat probleminə toxunaraq qeyd edib ki, gərək normal ictimai nəqliyyat ola, avtobusların sayı çoxala, hər səhər-axşam camaat bir-birinin belində gəzməyə. Ortada ciddi dəyişiklik yoxdur.

Elməddin Muradlı tıxaclara yol açan problemlərdən birinin də məktəb direktorları olduğunu vurğulayıb:

“Məktəbli avtobusları da gündəmə gəldi. Təəssüflər olsun ki, hələ bunu da Elm və Təhsil Nazirliyi tam həyata keçirə bilmir. Çünki bəzi direktorlar müəyyən qarşılıq müqavilində məktəb ərazisinə yaxın olmayan şagirdləri belə, məktəbə qəbul edirlər. İllər əvvəl bir qərar verildi. Bu qərara görə, yalnız yaxınlıqda yaşayan uşaqlar, (hətta bunun radiusu da müəyyənləşdi) məktəbə qəbul oluna bilər. Kənardan gətirilən uşaqları qəbul etməməlidirlər. Amma məktəb direktorları başqa-başqa variantlar tapdı. “Valideyn arayış gətirsin ki, iş yerimin yanıdır” variantına əl atdılar. Əhmədlidə yaşayan uşaq gəlib Bayıldakı məktəbdə oxuya bilir. Xüsusən də ödənişli məktəblərdə, illik 10-15000 ödəniş tələb edən təhsil ocaqlarının binasını təbii ki, gətirib şəhərin mərkəzində salıblar. Məsələn, Bayılda yerləşən “LANDAU” məktəbində dərs saatı hərəkət iflic olur. Ziya Bünyadov prospektində yerləşən “Zəkalar liseyi”ndə bütün hərəkət iflic vəziyyətinə düşür. Eyni zamanda” Avropa liseyi”ndə dərs saatları hərəkət dayanır. Bu məsələlər tənzimlənməlidir. Pullu məktəblər heç olmasa uşaqları avtobusla daşısınlar. Onu da edə bilmirlər, çünki Badamdarda olan məktəbə Xırdalandan hətta Sumqayıtdan da uşaq gəlir. Hamısı da imkanlı adamlardır. İllik 15000 ödəyən adamın evində ən azı 5-6 dənə maşın var. Hərəsinə də bir sürücü tutub. Bu adama desən ki, “gəl, sənin uşağını avtobusla aparım”, az qalır direktorun gözünü töksün. Deyəcək ki, “Mənim pulum var, uşağım sürücümlə gəzəcək”. “LANDAU” məktəbi avtobuslar barədə açıqlama vermişdi. Lakin bir müddət sonra həmin avtobuslar məktəbdə boş və yararsız vəziyyətdə qaldı. Valideynlər uşaqlarını yenə özləri aparıb-gətirməyə başladı. Hətta bir uşağın arxasınca iki maşın gəlir. Biri uşağı aparmağa, digəri də uşağın mühafizəçiləri…
“Bir evdən iki uşaq məktəbə gedirsə, məsələn biri saat 11:00-da dərsdən çıxmalıdır, digəri də 11:30-da dərsə getməlidir. İki maşın eyni vaxtda həyətdən çıxır, gedib “LANDAU” məktəbinin qarşısında tıxac yaradır. Real vəziyyət budur, sindromdur, xəstəlikdir, nədirsə, biz buna yoluxmuşuq. İşimizi planlı qurmamışıq. Özəl məktəblərə qarşı heç bir tələb yoxdur. Burada hər şeyin başını pul həll edir. Sistem, nizam-intizam yox, qayda-qanun yox, kimin ağlına nə gəlirsə, onu da edir. Nəticə etibarilə, dərs ili başlayanda şəhərdə iflic vəziyyət yaranır”.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see492

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see190

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see179

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see130

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri