Icma.az
close
up
RU
Əlini yumağı unutdu, yediyimiz həmin maddəni kəşf etdi Maraqlı tarixçə

Əlini yumağı unutdu, yediyimiz həmin maddəni kəşf etdi Maraqlı tarixçə

Icma.az bildirir, Olke.az portalına istinadən.

Günümüzdə bir çox fabrik istehsalı qidalarda süni dadlandırıcılardan istifadə edilir.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu, hər nə qədər insan sağlamlığı üçün təhlükəli hesab edilsə də, qidaları dadlandırır və yeməyin insanlar üçün cəlbediciliyini artırır.

Süni dadlandırıcının necə kəşf edilməsindən isə çox adam xəbərsizdir.

Məlumata görə, qidalara qatılan süni dadlandırıcı "sakkarin" maddəsindən hazırlanıb.
Bu maddəni 1878 və ya 1879-cu ildə əczaçı Konstantin Fahlberq Cons Hopkins Universitetinin laboratoriyasında kömür qatının törəmələri üzərində tədqiqat apararkən kəşf edib.
Belə ki, Fahlberq laboratoriyada yeni kimyəvi maddə üzərində işlədikdən sonra evə gedib. O, əllərini yumağı unudub və yemək süfrəsi arxasında əyləşib. Çörəyi ağzına aparan elm adamı qəribə şəkildə dadlı olduğunun fərqinə varıb. O, əvvəlcə yeməkdə bir qəribəlik olduğunu düşünsə də, daha sonra hər şeyin dadlı olduğunu başa düşüb. Fahlberq dəyişikliyin yeməkdə yox, onda olduğunu anlasa da, səbəbini tapa bilməyib.

Növbəti gün laboratoriyaya yenidən yollanan tədqiqatçı üzərində işlədiyi kimyəvi maddənin əlinə və üzünüə dəyməsi ilə  həqiqəti başa düşüb. Beləliklə tarixdə ilk dəfə süni dadlandırıcı maddə olan sakkarin kəşf edilib.

Daha sonra C.Fahlberq və onun elmi rəhbəri İra Remsen 1884-cü ildə ilk süni dadlandırıcının patentini alıb.

Bu maddə əvvəlcə insanlara şübhəli görünsə də, şəkərin bahalı olması və tapılmamasına görə sonralar sakkarindən istifadə artmağa başlayır. Hətta I Dünya müharibəsi zamanı şəkər qıtlığı yaşananda sakkarin milyonlarla insanın süfrəsinə yol tapır. 

Bu gün də şəkərsiz qidalarda və içkilərdə istifadə edilən sakkarin sadəcə bir alimin əlini yumağı unutması nəticəsində kəşf edilib. Beləliklə kiçik bir səhv böyük bir sənayenin yaranmasına səbəb olub.

1970-ci illərdə siçanlar üzərində aparılan araşdırmalarda sakkarinin yüksək dozalarının sidik kisəsi xərçənginə səbəb ola biləcəyi göstərilmişdi. Buna görə ABŞ-də və bəzi ölkələrdə bir müddət qadağan olunmuşdu. Hazırda ABŞ Qida və Dərman Administrasiyası (FDA), Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) və ÜST (WHO) onu təhlükəsiz hesab edir, amma yalnız gündəlik qəbul edilə bilən doza çərçivəsində (ADI ≈ 5 mq/kq bədən çəkisinə qədər). Yəni, sakkarin normal istehlakda (məsələn, şəkərsiz saqqız, diyetik içkilər və bəzi qida əlavələrində) təhlükəsiz sayılır, amma çox yüksək miqdarda, uzunmüddətli qəbul edilməsi sağlamlıq riskləri yarada bilər.

Bu maddə həmçinin allergik reaksiyalara səbəb ola bilər.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Sentyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri