Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? Maraqlı tarixçə
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün kövrək əşyaların qablaşdırılmasında əvəzolunmaz vasitə olan qabarcıqlı sellofanın ilk istehsal məqsədi tamamilə fərqli olub.
Milli.Az xəbər verir ki, məhsulun tarixi 1957-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında başlayıb. Mühəndis Alfred Fildinq və isveçrəli ixtiraçı Mark Şavann müasir görünüşlü plastik divar kağızları hazırlamağa çalışırdılar. İki plastik duş pərdəsini qızdırdıqları sınaq zamanı qatlar arasında kiçik hava qabarcıqları yaranıb və beləliklə, ilk qabarcıqlı sellofan ortaya çıxıb. Lakin məhsul divar kağızı kimi maraq görməyib.
İxtiraçılar materialı istixanalarda istilik izolyasiyası məqsədilə də sınasalar da, bu sahədə də kommersiya uğuru qazana bilməyiblər.
1960-cı ildə "Sealed Air" şirkətini quran ikili əsl uğuru kompüter daşınması sahəsində əldə edib. IBM şirkəti yeni "1401" model kompüterlərini daşıyarkən zərbələrdən qorumaq üçün bu materialdan istifadə etməyə başlayıb. Bu addım qabarcıqlı sellofanın digər sektorlarda da tanınmasına və yayılmasına yol açıb.
2016-cı ildə təqdim olunan "Bubble Wrap IB" modeli isə şişirilmədən daşınır və yalnız istifadə olunacağı yerdə xüsusi aparatlarla hava ilə doldurulur. Bu üsul anbar və nəqliyyat xərclərini ciddi şəkildə azaldır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 21 Noyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















