Icma.az
close
up
RU
Əlisa Nicat: “Xahiş etdilər ki, bir milyon verərik, filankəsə 1 səhifə tərif yaz, yazmadım”

Əlisa Nicat: “Xahiş etdilər ki, bir milyon verərik, filankəsə 1 səhifə tərif yaz, yazmadım”

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yazıçı, tərcüməçi, tarixçi və filosof Əlisa Nicat Azərbaycanın ilk Xalq şairi Səməd Vurğun barədə “Səməd Vurğun yaltaq idi, onun qədər yaltağı olmayıb” fikirlərinə görə bir neçə gündür, ünvanına səslənən tənqid və təhqirlərə münasibət bildirib.

Ə.Nicat Pravda.az-a açıqlamasında Səməd Vurğun barədə daha sərt ifadələr səsləndirib:

“Dünyada indiyə qədər 1 milyon şair, yazıçı, filosof olub. Onun qədər heç kim bu qədər açıq-aşkar dövlətə, hakimiyyətə tərif yazmayıb. “Stalin eşqiylə nə qədər sağam, Stalin eşqinə yaradacağam”, ”Bütün yer üzünün xoş gələcəyi, Hər zövqü, səfası partiyamızdır”. Axı bunları Səməd Vurğun yazıb, heç kim yazmayıb. Zülmkar, riyakar dövlətə təriflər yağdırıb. Səməd Vurğun guya bilmir? O, gözəl bilirdi ki, Lenin kimdir, Stalin kimdir. Görmürdü ki, 1930-cu illərdə 30 milyon günahsız adam qırılıb? “Mən nə Sanılıyam, nə də Cavadam, Onlara düşmənəm, onlara yadam”. Bəs məni tənqid edən Səməd Vurğunun qohumu demir ki, Səməd Vurğun niyə belə sözlər yazıb? Cavad ona nə etmişdi? Niyə ona düşməndir? Müşfiq bəs nə etmişdi?  Səməd Vurğunun qohumundan soruşun ki, 26-lar kimdir? Görün, Azərbaycanın bir nömrəli düşməni Şaumyana necə tərif yazıb. Budur də Səməd Vurğun. Bir dənə “Azərbaycan” şeiri var də, vəssalam. Niyə deyirlər ki, mən Səməd Vurğunun vaxtında olsaydım, ondan çox yaltaqlıq edərdim? Bəs niyə indi heç kimə tərif yazmıram? Mənim tərifimi gözləyirlər. Allaha and olsun, hətta xahiş etdilər ki, sənə 1 milyon verərik, filankəsə 1 səhifə tərif yaz. Yazmadım. Bu saat evimdə heç nə yoxdur, 10 manat pulum qalıb. Bilmirəm, soğan alım, ya kartof. Səməd Vurğun Azərbaycan tarixini rüsvay edib”.

Ə.Nicat əməkdaşımızın “Səməd Vurğun Stalin hakimiyyətini tərif edirdi, siz isə deyirsiniz ki, indi də heç kimi tərif etmirsiniz. Məgər Stalin hakimiyyəti ilə indiki hakimiyyəti bir tutursunuz? Tərif olunmağa dəyməyən ölkədə yaşayırsınız? O boyda Qarabağı qaytarmışıq...” sualına isə belə cavab verib:

“Qarabağı aldıq, çox gözəl. Mən lap orden verərdim. Amma bununla iş düzəlmir. Mən nə qədər pensiya alıram? 300 manat pensiyadır, ayın 5-idir, hələ izi-tozu yoxdur. Ermənistanın pensiyası bizdən artıqdır. Gürcüstanda ət, yağ bizdən ucuzdur. Mən necə hökuməti tərifləyim? Səməd Vurğunun qohumu tərifləyir, yaltaqlanır, buna görə də, yəqin, hardasa vəzifəsi var. Bəlkə, orden də alıb. Mənim heç ordenim də yoxdur. 50 ildir, külliyyatım dərc olunur, əldən-ələ gəzir. 12 dənə fəlsəfi, siyasi, tarixi roman yazmışam. Azərbaycanda ilkdir. Süleyman Rəhimovlar, Mirzə İbrahimovlar belə şey yaza bilməyiblər. Azərbaycana neçə dənə yeni janr gətirmişəm. Bütün Asiyada ən böyük fəlsəfə antologiyasını çap etdirmişəm. Bəs niyə mənə ayda 300 manat pensiya verirlər?”

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Fevral 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see173

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see116

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri