Icma.az
close
up
RU
Orta məktəblərdə nə baş verir?

Orta məktəblərdə nə baş verir?

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlər gənclər və yeniyetmələr arasında aqresivlik artır. İş o yerə çatıb ki, hətta son günlər orta məktəblərdə ard-arda dava və bıçaqlanma halları baş verib.

Bəs qeydə alınan cinayətlərin əsas səbəbi nədir?

Bununla bağlı sosial şəbəkələrdə və cəmiyyətdə müxtəli fikirlər səslənib. Kiminə görə əsas səbəb internet resurslarında yayılan informasiyaların gənclərə təsiridir. Bəziləri bunun orta məktəblərdə aparılan təlim-tərbiyənin keyfiyyətinin aşağı düşməsi əlaqələndirir.

Bəs mütəxəssislər nə düşünür?

Orta məktəblərin birində psixoloq işləyən Aytən Həsənova BAKU.WS-ə açıqlamasında bildirdi ki, uşaqlar arasında aqressiyanın artmasının bir neçə əsas səbəbi var:

"Bunlar sistemli və fərdi amillərlə əlaqəlidir:

Ailə mühiti: Bildiyimiz kimi,ailə uşağın ilk sosiallaşma mühitidir.Uşağın yaşadığı ailədə zorakılıq, diqqətsizlik, sevgisizlik,münaqişələr və s. aqressiv davranışların yaranmasına zəmin yarada bilər. 

Sosial və iqtisadi faktorlar: Maddi sıxıntılar, sosial bərabərsizlik, valideynlərin işsizliyi və s. uşaqların psixoloji rifahına mənfi təsir göstərir.

Məktəb mühiti: Məktəbdə müəllim-şagird münasibətləri, fiziki mühitin zəifliyi, intizam problemləri və emosional dəstəyin çatışmazlığı uşaqların stresini artırır və aqressiyanı çıxış yolu kimi göstərir.   Sosial media və texnologiya təsiri: Zorakılığın normallaşdırıldığı oyunlar, videolar və sosial şəbəkələrdə kiberzorakılıq halları uşaqların empati hissinin azalmasına və aqressiv davranışların artmasına səbəb olur.

Psixoloji problemlər: Davamlı emosional tənzimləmə çətinliyi,impulsivlik və s. aqressiv reaksiyalarla nəticələnə bilər".

Aytən Həsənova orta məktəblərin psixoloji durumunu belə şərh edib:

"Hazırda bir çox orta məktəbdə psixoloji durum narahatedici səviyyədədir və bu, müxtəlif səviyyələrdə müşahidə olunur:

Şagirdlərdə emosional yüklənmə artıb: Gələcəyə dair qeyri-müəyyənlik, akademik təzyiqlər, sosial münasibətlərdə çətinliklər, bəzən psixoloji dəstək çatışmazlığı şagirdlərin özlərini narahat, depressiv və ya aqressiv hiss etməsinə səbəb olur.

Müəllimlərdə tükənmişlik hallarına rast gəlinir: Psixoloji dəstəyin müəllimlər üçün də yetərli olmaması,(bəzən bundan imtina etmələri),artan məsuliyyət   onların emosional dayanıqlığını zəiflədir.

Valideynlərin bəzən məktəb həyatında passiv iştirak etməsi, psixoloqla əməkdaşlığa açıq olmamaları məktəbin psixoloji iqlimini mənfi təsir altına salır.

Zorakılıq hallarının artması: Məktəbdaxili zorakılıq, kiberzorakılıq və sosial münasibətlərdə təhqir və təcridetmə hallarının artması məktəb psixoloji iqlimini təhlükə altına alır".

Bəs problemin qarşısını almaq üçün məktəblərdə psixoloji xidmət hansı istiqamətdə gücləndirilməlidir?

Aytən Həsənova deyir ki, ilk növbədə profilaktik tədbirlər artırılmalıdır:

"Emosional tənzimləmə, stressin idarə olunması, sosial bacarıqların inkişafı ilə bağlı qrupla psixoloji işlər təşkil olunmalıdır.

Valideynlər üçün seminarlar, təlimlər keçirilməli, psixoloq-valideyn əməkdaşlığı möhkəmləndirilməlidir.

Müəllimlərə şagirdlərin psixoloji ehtiyaclarını tanımaq və düzgün yanaşma yolları haqqında təlimlər verilməlidir.

Müəllim-psixoloq əməkdaşlığı sistematik və məqsədli olmalıdır".

Aytən Həsənova onu da vurğulayıb ki, məktəblərdə psixoloqların iş yükünü tənzimləmək lazımdır:

"Hər psixoloqa düşən şagird sayı nizamlanmalıdır. Bir psixoloqa həddən artıq şagird düşür. Bu da onun hər bir şagirdin psixoloji ehtiyacını vaxtında və səmərəli şəkildə müəyyənləşdirib müdaxilə etməsini mümkünsüz edir. Hələ üstəlik də psixoloq həm müəllim , həm də valideynlərlə işləməlidi.Bu səbəbdən, belə bir nisbət psixoloji xidmətin effektivliyini və təsir dairəsini əhəmiyyətli dərəcədə azaldır.

Psixoloqların peşəkar inkişafı üçün daimi treninqlər, superviziya və dəstək sistemlərin qurulması məqsədə müvafiqdir.

Məktəb psixoloqunun iş fəaliyyətinə tədris saatlarının daxil  edilməsi,onun şagirdlərlə daha sistemli və davamlı əlaqə qurmasına imkan yaradar. Bu, psixoloqun həm profilaktik, həm də müdaxiləyə yönəlik fəaliyyətini gücləndirər və şagirdlərin psixoloji ehtiyaclarının daha dərindən öyrənilməsinə şərait yaradar".

Ziya SƏCCAD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 İyun 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri