Icma.az
close
up
RU
Mələksima Qumru quşu

Mələksima Qumru quşu

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qış fəsli bağçamızın xətrinə çox dəydi. Bağçamızda təbiətdən nəvaziş gözləyən nərgizlərin, bənövşələrin bir çoxunu vaxtından tez soldurdu. Torpaqdan yaz ətri, mor bənövşələrin qoxusu gələndə qışın pisliyi özünə qaldı. Baharın nəfəsi duyulduqca, yaz mehi əsdikcə elə bil, güllərə mələklərin nəfəsi dəyirdi. Torpaq buğlanır, otlar cücərir, gül kolları, meyvə ağacları tumurcuqlanırdı.

Gül–çiçəkli, kəpənəkli yaz mövsümü də belə başladı. Sübhün sakit vaxtı bağa gedəndə quşların səsini, ilk baharın ilıq nəfəsini hiss edəndə öz-özümə dedim:

– Tanrı yaratdığı gözəlliklərlə canlılara nə gözəl can verir, nə gözəl dövran verir!

Torpaq oyandıqca, güllər, çiçəklər də bir-bir oyanırdı, torpaqdan boy verirdi. Yazın gözəl çağında, qönçələr gül budağında açılırdı. Yaz yağışından sonra al-əlvan çiçəklər, yaşıl yarpaq donunda təbiət cana gəlirdi. Yaz yağışı pislikləri yuyub aparır, öz nəğmələri ilə çağlayırdı. Yağışın həzin səsilə quşların cəh–cəhi bir–birinə qarışmışdı.

Yazın hər çağının öz gözəlliyi var. Bağda nar çiçəyi görəndə elə bilirəm ümidlərim, arzularım gül açıb. Qumrular da xoş buyurub bağçamıza gəlibdi. İki ildir qumru quşları balaca bağçamızı özlərinə məskən edib. Ötən il bağ mövsümü başlayanda qumrulardan biri bağda su qızdırıcısının üstündə yuva qurmuşdu. Yuvada qumrunun iki yumurtası vardı. Gündüz müəllim dedi ki, suqızdırıcı işə düşəndə quşlar perikə bilər. Düz deyirdi. Qumruların yumurtasına da əl vurmaq olmazdı. Bilirdik ki, yumurtalara əl vursaq, quşlar bir daha yuvaya gəlməz.

Qumruların yuvasını – öz dünyasını yerindən tərpətmək günah olardı. Belə qərara gəldik: “Nə qədər ki, qumru quşunun yuvası burdadır, suqızdırıcıdan istifadə etməyək”. Ona görə də qızdırıcıya gələn qaz və su xətlərini bağladıq. Bir müddət sonra gördük ki, yuvadan bala qumruların civiltisi eşidilir. Sevincimizdən yerə-göyə sığmırdıq. Bala qumrular böyüdü və yuvadan uçub havada pərvazlandılar. Yuvasından köç eyləyib yenidən bağçamıza döndülər. Yaz gələndə bağçamıza seyrə gəlib göylərdən endilər. O dəqiqələr, o anlar elə gözəl idi ...Bütün qayğılarımızı unutmuşduq.

Yay ötdü, havalar soyumağa başlayanda, durnalar qatara düzüldülər. Qumrular da bağımıza vida etdilər. Uçub isti ölkələrə getdilər.

Bağçamız mənə elə kədərli görünürdü. Bağçaya yarıkönül, tərəddüd içində gedirdim. Vaxt üzüntülü, maraqsız keçirdi. Payız səhərinin sükutunu tez-tez budaqdan qopub düşən yarpaqlar pozurdu. Ağacların saralmış yarpaqlarının xışıltısı da xoş təsir bağışlamırdı. Həmin vaxtlarda elə düşünürdüm ki, köçüb gedən qumrular bağçamızdan əbədi ayrılıblar. Bəlkə də qayıtmadılar.

Ötən həftə Gündüz müəllim dedi:

– Çoxdandır iş-gücdən vaxt edib bağa getməmişik, çay süfrəsi ətrafında ürəkdolusu söhbət etməmişik. Bağçanızın şairanə aurası üçün yaman darıxmışam.

– Hə, düz deyirsən, -dedim. Gedək...

...Gündüz müəllimlə bağda çay içdiyimiz zaman üzüm çardağında, sıx yarpaqların arasında quşların həzin səsi gəldi. Gündüz dedi:

– Oxuyan qumrulardır, müəllim. Çardaqda yenə yuva qurublar.

Sevincək dilləndim:

– Ay, nə gözəl! Səni şad xəbər olasan. Elə bil, yaradan qumruları bizim bağımız-bağçamız üçün yaradıb, - deyə çardaqdakı yuvaya sarı boylandım.

– Müəllim, qumrular da kimə sığınmağı, münbit məkanı özlərinə məskən seçməyi yaxşı bilirlər..

– Eh, nə bilim, vallah. Kaş ki, həmişə belə olaydı. Kim bilir, nə qədər quşqonmaz yerlərdən keçib buranı özlərinə məskən seçiblər, -dedim.

Könlümdəki gümanlar məni kövrək duyğulara köklədi:

Elə bilmə, o, çardaqda dayanıb,
Şirin nəğməsini pəsdən oxuyur,
Ürəyimdə yatıb, durub, oyanıb..
Könlümdə gizlənib qəsdən, oxuyur...

***

Evim kimi doğmadı,
Qumruların yuvası,
Sahibsiz bir komadı
Quşların boş yuvası.
Yuva isti qəfəsdi,
Hənirtidi, nəfəsdi,
Bir ömür mənə bəsdi
Qumruların duası...

...Bağdan çıxıb şəhərə gəlmək istəyəndə dönüb qumruların yuvasına tərəf baxdım. Üzüm ağacının sıx budaqları arasında yaşıl yarpaqlardan üzünə Peyğəmbər niqabı tutmuş müqəddəs qumru quşları elə bəxtəvər görünürdü ki...Özlərinin yaz nəğməsini bizdən xəbərsiz könül boyu oxuyurdular. Kaş, qumruların ömrü öz nəğmələr dünyasında həmişə, hər yerdə belə xoş keçəydi. Mələksima Tanrı quşudu Qumru quşu!!!

Həzi HƏSƏNLİ,
şair-publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2025 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri