Icma.az
close
up
RU
Sözlərə sığmayan SÜKUT Əlisəmid Kür

Sözlərə sığmayan SÜKUT Əlisəmid Kür

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir küncə çəkilmişdi... Elə işdə də, həyatda da, yaradıcılıqda da. Yaşadığı bütün ağrılar, ömrünün dolaylarındakı qaranlıqlar – bir qarış pəncərədən dünyaya baxmaq – onu içinə yığmışdı bəlkə də... Zamanın içində durulmuş bir sükut kimi idi. Birlikdə işlədiyimiz Tərcümə Mərkəzində də bir köşəyə çəkilərdi, çox vaxt heç ümumi söhbətlərə qarışmazdı. 
Ya da qarışardı – baxışlarıyla... 
 

MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Əlisəmid Kür vəfat etdi


O kəskin, ifadəli, dolu, kədərli gözləri elə sözlərinin əvəziydi. Uzun dəhlizi o tərəf-bu tərəfə gəzər, sonda həyətin dar küncünə çıxıb siqaretini tüstülədərdi. Arada hava almaq üçün çıxardım. Otaq yoldaşıydıq... Mən səs-küylü, ötkəm, o təmkinli, susqun... Üstəlik əhvalı neqativə meyilli adamam – danışmağa həvəsim olmurdu. Damarımı tutmuşdu, insan sərrafı idi: 
“A bala, kitabını nə vaxt çıxarırsan? Bax Rəbiqənin (Rəbiqə Nazimqızı red.) kitabına ön söz yazmışam, çox bəyəndi. Sənə sözüm olsun, elə bir ön söz yazım ki! Çox həssas qızsan, sözlərimi kağızda demək istəyirəm sənə...” 
“Müəllim, lüğət hazırlayırıq, inanın başımı qaşımağa vaxtım yoxdu. Həm bu dəfə hekayələr kitabımı hazırlamaq istəyirəm...” 
“Yox, şeirlərini yığ. Mənim vaxtıma az qalıb...”
Bilirdi. Ona görə də Tərcümə Mərkəzinin dəstəyilə 70 illiyinə həsr olunmuş kitabı hazırlananda tələsə-tələsə, həyəcanla üzərində işləyirdi. Hər dəfə də bədbin danışanda qınayırdıq: 
“Müəllim, neqativi çəkməyin, pis düşünəndə pis olur”.
“Ay bala, mən düşünmürəm e, bilirəm”.
 

Heç inandırıcı gəlmirdi bizə. Hamıdan qabaq işə gəlib, hamıdan sonra gedərdi. Yaşına görə gümrah idi. Apreldə oğlu Qorqud Cəfərin toyunda iştirak etmişdik. Heç xəstəhal təsir bağışlamırdı, tam tərsi... Nə deyəsən, tale... yazı... Susqun adam, elə susaraq da getdi. Hay-küyü sevməyən bir insanın son gedişi belə olurmuş... 


Üzünün dərin qırışlarında ağrıları, inciklikləri gizlədən adam – böyük şair! O baxışların unudulmayacaq. Qürur və sayğıyla xatırlayacağıq! 
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Oktyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri