Suriya Prezidenti Trampla nəyi müzakirə etdi?
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Suriya Prezidenti Əhməd əl-Şaraa ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ikitərəfli münasibətləri, Dəməşqə qarşı qüvvədə qalan sanksiyaların ləğvini və ölkənin iqtisadi bərpası məsələlərini müzakirə edib.
Modern.az xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Əhməd əl-Şaraa ölkənin bərpa mərhələsində beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, qalan sanksiyaların ləğvi iqtisadiyyatın canlanması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şərtdir.
Suriya lideri həmçinin investisiyaların təşviq olunmasının, iqtisadi və infrastruktur layihələrinin əsas sahələrə qaytarılması üçün əlverişli şərait yaradılmasının vacibliyini qeyd edib.
Telefon danışığı zamanı tərəflər Yaxın Şərqdə davam edən gərginlik fonunda regional təhlükəsizlik məsələlərinə də toxunublar.
Əl-Şaraa münaqişələrin həllində diplomatik vasitələrə və dialoqa üstünlük verilməsinin vacibliyini vurğulayıb.
Bəyanata əsasən, Donald Tramp da Suriyada və regionda baş verən proseslərlə maraqlandığını bildirərək sabitliyin qorunmasının, ölkənin bərpasının və müharibədən sonrakı yenidənqurma prosesinin dəstəklənməsinin əhəmiyyətini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 01 İyun 2026 01:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















