Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Azərbaycanın FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyunlarına təyinat alıblar.
Axar.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, Əliyar Ağayev İspaniyada keçiriləcək “Selta” (İspaniya) – “Yunion” (Belçika) matçını idarə edəcək.
39 yaşlı referiyə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Rauf Cabarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Elçin Məsiyev isə Belçikada baş tutacaq “Anderlext” (Belçika) – “Zaltsburq” (Avstriya) qarşılaşmasına təyinat alıb.
35 yaşlı hakimə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Nicat İsmayıllı dördüncü hakim olacaq.
Qeyd edək ki, “Anderlext” – “Zaltsburq” görüşü noyabrın 5-də, Bakı vaxtı ilə saat 21:45-də, “Selta” – “Yunion” matçı isə noyabrın 5-dən 6-na keçən gecə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 03 Noyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















