Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Bakıda kişi ona keçəl deyən bacısını döydü

Bakıda kişi ona keçəl deyən bacısını döydü

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Yasamal rayonunda 50 yaşlı kişi ögey bacısına xəsarət yetirib.

BAKU.WS Demokrat.az-a istinadən xəbər verir ki, hadisə S.Dadaşov küçəsində baş verib. 1976-cı il təvəllüdlü Tacəddin yaşadıqları evin həyətyanı sahəsində nalayiq ifadələr işlətməsi səbəbindən ögey bacısı Aygünlə (adlar şərtidir - red.) mübahisə edib. Aralarında yaranmış münaqişə zamanı o, Aygünün sol ayağına iki dəfə təpiklə zərbə endirərək ona xəsarət yetirib.

Tacəddinə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tacəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində hadisə baş verən gün, saat 18:50-də uşaqlarını məktəbdən gətirdikdən sonra onlarla birlikdə evə daxil olduğunu bildirib:

"Daha sonra həmin vaxt azan verildiyi üçün həyətdəki ayaqyoluna getdim ki, dəstəmaz alım. Ayaqyolunda olduğum zaman bayırdan səs gəldiyini eşitdim, amma əvvəlcə fikir vermədim. Sonra bir nəfərin - "Çıxanda başını əzəcəyəm", - dediyini eşitdim. Elə bildim ki, ögey bacım Təhminə bu sözləri qız nəvəsi haqqında deyir. Sonradan bayıra çıxanda gördüm ki, pəncərənin qarşısında dayanaraq mənim istiqamətimdə əl hərəkətləri edir. Yenə də elə başa düşdüm ki, nəvəsini çağırır. Getmək istəyəndə Təhminə barəmdə "keçəl" sözünü deyərək üstümə cumub boğazımdan tutdu. Belə olan halda Təhminəni kənara itələyərək - "Geri çəkil", - dedim və bundan sonra getdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra dəstəmaz almaq məqsədilə həyətdəki hamam otağına daxil olub:

"Birdən uşaqlarımın səsini eşitdim. Çölə çıxanda gördüm ki, qızımın saçından tutaraq dartırlar. Dərhal onların yanına getdim və uşaqlarımı əllərindən aldım. Bu zaman digər ögey bacım Aygünün əlində boruya bənzər bir əşya var idi. O, həmin əşya ilə məni vurmağa başladı. Mən uşaqlarımı onların əlindən alaraq otağa saldım və qapını bağladım. Onlar getdikdən sonra qızım Lamiyəni də götürərək polis bölməsinə şikayət etmək üçün getdim".

Təqsirləndirilən şəxs bildirib ki, hadisəni oğlu Samir mobil telefonla lentə alıb və videoçəkiliş mövcuddur:

"Hətta Aygün oğlumun əlindəki telefonu vuraraq yerə salıb. Mən polis bölməsində olarkən ora Aygün tərəfindən müraciət daxil olduğunu gördüm. Həmin şikayətdə Təhminənin mənim tərəfimdən deyil, qızım tərəfindən ayağının sındırıldığı barədə məlumat verilib. Onun şikayətinə görə, Aygün mənim tərəfimdən deyil, Lamiyə tərəfindən döyülüb. Bildirirəm ki, nə mən, nə də uşaqlarım onu vurmayıb. Əksinə, o mənim uşaqlarımı vurub. Bacılarım mənə qarşı qərəzlidirlər, bundan əvvəl də mənə böhtan atıblar".

İş üzrə zərərçəkmiş Aygün ifadəsində göstərib ki, Tacəddin onun ögey qardaşıdır. O, uşaqlıqdan Tacəddinə baxdığını və onu özü saxladığını bildirib. Aygün hadisəni belə təsvir edib:

"Mən bayıra çıxanda gördüm ki, Tacəddin bacım Təhminəni saçından tutub, yumruq və təpiklə vurur. Mən onları ayırmaq istədim. Mübahisə mən gəlməmişdən əvvəl baş verdiyi üçün nəyin üstündə olduğunu bilmirdim. Onu sakitləşdirmək istədim. Dedim ki, ayıbdır, sənə nə olub? Bundan sonra Tacəddini itələyə-itələyə kənara apardım. Bu zaman Tacəddin mənimlə mübahisə etməyə başladı. Həmin vaxt orada Tacəddin, mən və bacım Təhminə idi. Tacəddini ayırmağa çalışanda daha da qızışdı. Ayağıma təpiklə vurdu, qızı Lamiyə isə gəlib saçımı yoldu. Bundan sonra digər bacılarım bizi ayırmağa gəldilər".

Zərərçəkmiş deyib ki, hadisə zamanı qardaşı Tacəddin onu döyüb. Onun sözlərinə görə, qardaşı onu öldürmək istəyib və bunu ev üstündə edir. Aygün qardaşının onu öldürərək evə yiyələnmək istədiyini iddia edib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilməyib və Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, ona bəraət verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Noyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri