Əliyar Ağayevlə Cavid Cəlilov cəzalanıb? Rəhim Həsənovun bu gün nə deyəcəyi bilindi
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Turan Tovuz" - "Zirə" matçındakı qərarları ilə narazılığa səbəb olan Əliyar Ağayevlə Cavid Cəlilov cəzalanıblar.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Sumqayıtdakı görüşün həm baş hakimi olmuş FİFA referisi, həm də VAR hakimi məhz bu üzdən 26-cı turda təyinatdan məhrum ediliblər.
Halbuki, Hakimlər Komitəsi əvvəlcədən hər ikisinin cari turda ş başında olmasını qərarlaşdırıbmış. Ancaq Tovuz klubunun rəhbərliyinin ciddi ittihamlarından sonra təyinatlar dəyişdirilib. Əliyar bu gün "Qarabağ" - "Karvan-Yevlax" matçına VAR hakimi kimi təyinat alsa da, komitə onu Tural Qurbanovla əvəzləyib. Cavid Cəlilov isə sabah kemiriləcək "İmişli" - "Turan Tovuz" oyununda baş hakim olmalı idi. Onun əvəzinə Qubaya Rəvan Həmzəzadə ezam olunacaq.
Hakimlər Komitəsinin həmin görüşdəki hakim qərarları ilə bağlı mövqeyi də bəllidir. Rəhim Həsənov hakimlərin ciddi səhvlərə yol verdikləri ilə razılaşır. O, bu gün ənənəvi videoşərhində çıxış edərək, qərarların ciddi səhv olduğunu dilə gətirəcək.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 Aprel 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















