Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Əliyar Ağayevlə Əli Əliyev narazılığa səbəbkar oldu

Əliyar Ağayevlə Əli Əliyev narazılığa səbəbkar oldu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

6 oyunda 25 sarı vərəqə göstərildi, meydandan qovulan olmadı.

Bununla belə, idarəçiliklə bağlı yenə maraqlı məqamlara təsadüf etdik.
Zirə - İmişli, CAVİD CƏLİLOV
Turun ən cansıxıcı matçı olduğunu iddia etsək, yanılmarıq. Komandalar meydana sanki 1 xala qane olmaq üçün çıxmışdı. Top cəmi bir dəfə qapı xəttini keçdi ki, onda da “Zirə”nin futbolçusu Brahim Konate oyundankənar vəziyyətdə olduğundan qol sayılmadı. Əslində Cavid Cəlilov ilk səhvini burda etdi. Əvvəlcə qolu saysa da, VAR-ın müdaxiləsindən sonra qərarını dəyişdi. Digər yanlış qərarlar bu qədər ciddi mahiyyət daşımadı. Fit sahibi gah müdaxilələri düzgün dəyərləndirmədi, gah da futbolçuların simulyasiyasına uydu. Hətta bəzən “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun ciddi etirazından sonra folları qeydə aldı. Bu səbəbdən Cəlilovun turdakı idarəçiyini heç də qənaətbəxş saymaq olmaz.
Araz-Naxçıvan – Şamaxı, FƏRİD HACIYEV
Meydan sahiblərinin qələbə qazandığı oyun hər baxımdan sakit məcrada keçdi. Fərid Hacıyev əksər hallarda şifahi xəbərdarlığa üstünlük verdisə, 75-ci dəqiqədə “Araz-Naxçıvan”ın futbolçusu Mustafa Əhmədzadənin “Şamaxı”nın oyunçusu Oruc Məmmədova qarşı kobud müdaxiləsini bağışlamadı. İş ondadı ki, sarı vərəqə “Şamaxı”nın futbolçusu Arsen Ağcabəyovla məşqçisi Elnur Çodarovu razı salmadı. Belədə onlar da ədalət təmsilçisinin sərt üzünü gördü. Amma hakimin başqa qərarları ciddi mübahisə doğurmadı.
Sumayıt – Sabah, TURAL QURBANOV
Bir neçə gün əvvəl FİFA referisi statusu qazanan Qurbanovun növbəti sınağı Sumqayıtda oldu. O, vəzifəsinin öhdəsindən layiqincə gəldi. Xüsusən kobud oyun tərziylə seçilən meydan sahiblərini cəzalandırmaqdan çəkinmədi. “Bayquşlar” isə sarı vərəqə görmədi. Tural bəyin işinə əvvəldən sona qədər məsuliyyətlə yanaşdığını vurğulamaqda fayda var. Ancaq onun 80-ci dəqiqədə verdiyi qərarın düzgün olub-olmadığı hələ də sual altındadı. Çünki həmin epizodda “kimyaçılar”ın futbolçusu Ronaldo Vaskesin cərimə meydançasında əllə oynayıb-oynamadığını müəyyənləşdirmək, demək olar ki, mümkünsüzdü. Təəssüf ki, nəyin baş verdiyi videogörüntülərdən də anlaşılmır. Odu ki, penalti qərarı verməyən Tural bəyi vicdanıyla baş-başa buraxmaqdan başqa çarə yoxdu...
Kəpəz - Turan Tovuz, KAMAL UMUDLU
Matç o qədər də yüksək tempdə keçmədi. Mübahisəli vəziyyət də olmadı. Sadəcə, bir qərar müzakirə doğurdu. 51-ci dəqiqədə Hayderson Urtadonun zərbəsindən sonra “Kəpəz”in müdafiəçisi Dioqo Verdaşka topu cərimə meydançasında əllə dəf etdir Baş hakim “davam” desə də, VAR-ın epizodu incələməsi üçün oyun dayandırıldı. Top Verdaşkanın əlinə dəysə də, əl bədənə bitişik olduğuna görə penalti verilmədi. Bu qərar isə tam doğrudu. Karvan-Yevlax - Neftçi, ƏLİYAR AĞAYEV
Sürətli, qarşılıqlı hücumlar şəraitində keçən oyunda Əliyar Ağayev çətinlik çəkdi. 2-ci dəqiqəsində Araz Abdullayev topu “Neftçi”nin qapısından keçirdi və Ağayev də qolu qeydə aldı. Lakin VAR hakimi Elçin Məsiyev Əliyar Ağayevi çağırmadan ofsayd olduğunu bildirdi. Azərbaycanda ən yaxşı VAR hakimi birmənalı şəkildə Elçin Məsiyevdi. Artıq neçənci dəfədi ki, baş hakim başqa qərarı verir, Məsiyev özü epizoda baxır, vaxt aparmadan, baş hakimi çağırmadan düzgün qərar verir. Bu oyun da onlardan biri oldu. Növbəti mübahisəli epizod da “Neftçi”nin qapısı önündə yaşandı. İqor Ribeyronun cərimə meydançasında Peter Kinqsə qarşı kobudluğuna görə penalti qərarı verildi.
Maraqlıdı ki, Ağayev bu dəfə də VAR-ın müdaxiləsindən sonra qərarını dəyişdi. Burda mühakimə olunası adam nə Əliyar Ağayevdi, nə də Elçin Məsiyev. Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənovdu. O, AFFA-nın “yutub” kanalında turla bağlı şərhində qərarın yanlış olduğunu bildirir. Lakin gözlə görünür ki, Ribeyro kobud oynayıb, qərar tam doğrudu. Matçın sonlarında Emin Mahmudovun qazandığı penalti isə mübahisəyə bağlıdı. Aşkar kobudluq var idi.
Qəbələ - Qarabağ, ƏLİ ƏLİYEV
Hakim oyunu qənaətbəxş idarə etdi. Amma “Qəbələ”nin baş məşqçisi oyundan sonra “referinin gözündə mənə nifrət var idi”, - deyə hər kəsi təəccübləndirdi. İntizam Komitəsinin dünənki qərarından (bu haqda başqa yazıda oxu) sonra isə bəlli olur ki, gürcü çalışdırıcı oyunun gedişində hakimlər briqadasını da təhqir edib. Əli Əliyevin vaxtilə “Qarabağ”ın əvəzedici heyətində olması “Qəbələ” camiəsi üçün qıcıqlandırıcı amil idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri