Icma.az
close
up
RU
Əliyev qərar verdi, İrəvan sevindi 35 ildən sonra İLK

Əliyev qərar verdi, İrəvan sevindi 35 ildən sonra İLK

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Astanada verdiyi son bəyanatda bildirib ki, Azərbaycan mövcud yüklərin Ermənistana tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb. İlk belə tranzit isə Qazaxıstan taxılının daşınması olub. Dövlət başçısının bəyanatı İrəvanda müsbət qarşılanıb, Ermənistan hökuməti Əliyevin qərarını alqışlayıb.

Tranzit hansı marşrut üzrə həyata keçirilir? Burada hava, yoxsa quru nəqliyyatı nəzərdə tutulur? Ümumiyyətlə, Bakının qərarı sülh prosesinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılması sülh gündəliyinin məqsədlərinə tam uyğundur:

“Bu addım Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini bir daha nümayiş etdirir, ölkə rəhbərliyinin möhkəm iradəsini göstərir. Qərar həmçinin, qarşılıqlı etimadın formalaşması istiqamətində mühüm təşəbbüslərdən biridir. Habelə ikitərəfli münasibətlərdə inamı gücləndirir,  cəmiyyətlərin sülhə hazırlanması baxımından əhəmiyyətli addım hesab olunur. Hazırda yük tranzitinin hava nəqliyyatı vasitəsilə həyata keçirildiyini güman edirəm. Çünki Azərbaycanla Ermənistan arasında hələlik yalnız 12.5 kvadrat kilometrlik ərazi delimitasiya və demarkasiya olunub, sərhəd-keçid məntəqələri isə fəaliyyət göstərmir. Bu səbəbdən quru nəqliyyatı ilə daşımaların baş verməsi inandırıcı görünmür”.

Zaur İbrahimli

Politoloq bildirib ki, Ermənistan Zəngəzur dəhlizinin açılması istiqamətində işləri sürətləndirsə, yaxın zamanda quru yollarla da tranzit imkanlarından yararlana bilər:

“İrəvan bunun iqtisadi faydasını dərhal hiss edər. Beləliklə, Ermənistan həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə qoşularaq 35 illik nəqliyyat dalanından çıxa bilər. Bu addım Ermənistanın Cənubi Qafqazın nəqliyyat şəbəkəsinə səmərəli inteqrasiyasına da şərait yaradacaq. Yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması həm Azərbaycan dövləti, həm də Prezident İlham Əliyevin Ermənistan cəmiyyətinə yönəlmiş xoş niyyət və sülh jestidir. Bu, rəsmi Bakının sülh gündəliyini ardıcıl şəkildə irəli aparmaq əzmindən xəbər verir. İrəvanın bunu müsbət qarşılaması ümidvericidir və cəmiyyəti gələcək barədə ciddi düşünməyə vadar etməlidir: Ermənistan qonşularla dinc və qarşılıqlı, faydalı münasibətlər yolunu, yoxsa yenidən başqa qüvvələrin təhriki ilə qarşıdurma, ərazi iddiaları siyasətini seçəcək? Düşünürəm ki, bu cür təşəbbüslər bölgədə uzunmüddətli sülhün və dinc qonşuluq münasibətlərinin bərqərar olması üçün mühüm baza yaradır”.

Qeyd edək ki, Azərbaycanın Ermənistana yük tranzitinə qoyduğu məhdudiyyətlər 1990-cı illərin əvvəllərində tətbiq olunub.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri