Icma.az
close
up
RU
Əliyev şifrələri açdı Azərbaycan böyük təhlükədə: Xilas düsturu...

Əliyev şifrələri açdı Azərbaycan böyük təhlükədə: Xilas düsturu...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi müxtəlif aspektlərdən təhlil edilir. Həcmcə böyük, mahiyyətcə nəhəng olan bu müsahibə əslində Azərbaycanın xilas və inkişaf konsepsiyasıdır. Ona görə də yəqin hələ qarşıdakı günlərdə bu çıxış fərqli yönlərdən analiz ediləcək.

Diqqətimizi bir neçə istiqamət çəkib. Bunun başında, təbii ki, “dünyada tək güc olan Amerika Birləşmiş Ştatları” ilə bağlı deyilənlər gəlir. Çünki artıq 4 ildir ki, rəsmi Bakı ilə Bayden administrasiyası arasında gərginlik yaşanır. Bu gərginliyin səbəbkarı Birləşmiş Ştatların tarixin arxivinə getməkdə olan iqtidarı idi. Prezident bu prosesi əla şərh etdi. İlham Əliyev Co Bayden dönəmini “Soros iqtidarı” adlandırdı. Sitat: “Yəni, bu, Soros iqtidarı idi, həm Bayden dönəmində, həm Trampa qədər olan səkkiz il ərzində və məhz buna görə bizim münasibətlərimizdə heç bir irəliləyiş olmamışdır”.

İlham Əliyev Donald Trampın dönəmində isə Vaşinqtonla münasibətlərin anonsunu belə verdi: “Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.

Azərbaycan özünün qlobal miqyasda müttəfiqini seçmək ərəfəsində olduğunu gizlətmir. Vaşinqtondan müsbət rəylər və isti mesajların olduğu şübhəsizdir. Prezident detallara varmasa da, hər halda bu cür vacib məlumatları daxili auditoriya və beynəlxalq ictimaiyyətlə bölüşdü. Və ortaya mövqe qoydu.

İranla, Rusiya ilə, Avropa İttifaqı ilə münasibətlərin gərgin olduğu vaxtda bunu elan etməsi qonşuluqda qanımıza susmağa hazır dayanmış Moskva və Tehranı nə kimi addımlar atmağa sövq edə bilər? Onları Azərbaycanın üstünə yönləndirə bilərmi? Bu iki qonşu ölkə zatən üstümüzə-üstümüzə gəlir. Heç dayanmır. Son 15 gündə baş verənlər ortadadır. Mülki təyyarəmiz Rusiya ərazisində vuruldu. Nəticədə günahsız insanlar həlak oldu. Qarşılığında Rusiyadan umduğumuz rəftarı görmədik. Müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdı. “Qara qutular”ın deşifrəsindən sonra görək ruslar nə deyəcək? Olanlar azmış kimi, növbəti dəfə Rusiya ərazisində təyyarəmizə təhlükə yaranıb. Bu səbəbdən Bakı-Kazan reysi ləğv edildi.

İranın şər maşını hər zaman Azərbaycanı hədəf alıb. Sonuncu qalmaqal isə münasibətlərdə növbəti çatlar yaratdı. Xameneinin Ərdəbil əyalətindəki səlahiyyətli nümayəndəsi, Ərdəbil şəhərinin imam-cüməsi Həsən Amulinin iştirak etdiyi tədbirdə Azərbaycanın, Türkiyənin, bu iki ölkənin prezidentlərinin ünvanına təhqiramiz ifadələrin işlədilməsi yeni bir siyasi-diplomatik qalmaqalın əsasını qoyub. Buna İlham Əliyev yerli telekanallara müsahibəsində münasibət bildirdi. Aydındır ki, Amulini qızışdırıb ortaya salan, vaxtaşırı Azərbaycanın, İlham Əliyevin ünvanına hədyanlar söylədən Tehranın rəsmi şəxsləri və qurumlarıdır. Prezidentin sözləri ilə ifadə etsək, yoxsa o əyalət mollasının başı üçün deyil bizə dil uzatsın.

Azərbaycan böyüdükcə, gücləndikcə onu çəkə bilməyən, narahat olan dövlətlərin başında İran və Rusiya gəlir. Bu da səbəbsiz deyil. Ən birinci səbəb tarixi torpaqlarımızın bu iki imperialist dövlət tərəfindən zaman-zaman işğal və ilhaq edilməsidir. Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi ərazi oğrularının kürkünə birə salıb… 30 il Ermənistana dəstək vermələrinə rəğmən sonda haqq, ədalət yerini tapdı. Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Bu tendensiyadan qorxanlar var. Bir gün Azərbaycan digərtarixi torpalarını da tələb edə bilər…

İkinci səbəb Azərbaycanın üzərindən türk birliyinin yaranmasıdır. Rusiya və İran ağılsız siyasətləri üzündən təkləndikcə, Azərbaycan regional və qlobal planda güclənir. Müttəfiqləri artır. Yeni geopolitik konfiqurasiyalar üçün münbit coğrafiyaya çevrilir. Ərazicə və əhalicə kiçik bir dövlət getdikcə qlobal aktora çevilir. Əsrlərdir bizi özlərinin əyaləti sayan rus və fars şovinizmi bunu həzm edə bilmir. Siyahıya kommunikasiyaların bərpasından sonra bölgədə yaranacaq yeni reallıqları da əlavə etsək, “böyüklük” sindromundan əziyyət çəkən cənub və şimal qonşularımızın sızıltısını daha aydın duya bilərik. Azərbaycan heç kimə acıq vermək üçün siyasət yürütmür. Əskinə, qonşularına əməkdaşlıq əlini uzadır. 44 günlük müharibədən sonra İlham Əliyev “3+3” formatını təklif etdi. Bunun reallaşması üçün çalışdı.

Fransa və Avropa qurumları da Azərbaycana münasibətdə Rusiyadan, İrandan fərqlənmirlər. Sadəcə olaraq Fransa və digər Qərb ölkələri ilə birbaşa sərhədimiz yoxdur, bu üzdən bizə əlləri çox da çatmır. Amma Ermənistanı silahndırmaqdadırlar. Cənubi Qafqazda yeni münaqişə yaratmağa çalışırlar.

Regionda və dünyada proseslər sürətlə dəyişir. Suriyada Əsəd rejiminin çöküşü, ABŞ-da Baydenin iqtidardan getməsi, yerinə Trampın gəlməsi, Ukrayna cəbhəsində Rusiyanın getdikcə güc itirməsi və s. faktorlar Azərbaycanın mövqeyini gücləndirir. Şərtlər xeyrimizə dəyişir. İlham Əliyev bu gözlənilməz və sürətli dəyişiklik fonunda ölkəsinin üzərinə gələn təhlükəni neytarallaşdırmaq üçün təsirli gedişlər edir. ABŞ-la münasibətlərə yenidən baxır. Ölkə başçısı müsahibədə Trampın bir çox dəyərlərini Azərbaycan cəmiyyətinin bölüşdüyünü təsadüfən demədi. İlham Əliyev ötən il iyulun 22-də Şuşada keçirilən qlobal forumda Donald Trampın qələbə qazanacağının anonsunu vermişdi. Hazırlıqlar o vaxtdan start götürüb.

İlham Əliyev yalnız ABŞ deyil – İsrail, Türkiyə, Pakistan və Çinlə də münasibətləri sağlam tutur. İlk baxışda, sadalanan ölkələr arasında bir-biri ilə ziddiyyətdə olanları görürük. Çinlə ABŞ, İsraillə Türkiyə münasibətlərdə gərginlik yaşayırlar. İlham Əliyevin bir siyasətçi və diplomat olaraq uğurlarından biri də bir-biri ilə dost olmayan dövlətlərin maraqlarını Azərbaycanda uzlaşdıra bilməsidir.

Prezidentin ən böyük müttəfiqi isə xalqdır! Müsahibədə bunu qürurla və əzmlə söylədi. O bunu bir dəfə çox böyük planda sınaqdan çıxarıb. İkinci Qarabağ müharibəsində İlham Əliyev xalqın ona necə böyük dəstək verdiyini gördü. Azərbaycanlılar bu hökuməti sosial məsələlərə görə tənqid edə bilər. Yeri gələndə pensiyanın, maaşın azlığından, dolanışığın çətinliyindən, bəzi məmurların rəftarından narazılığını çatdırar. Amma xarici təhlükə yarandıqda, milli məsələ gündəmə gəldikdə, Vətənin başı üzərini təhlükəyə alanda “Ali Baş Komandan, silah ver bizə” deyib, küçələrə çıxıb hayqırır. İlham Əliyevi uğurdan uğura aparan, qələbədən qələbəyə səsləyən, savaşları qazandıran, bəzi xain və etibarsız qonşular ilə dirəşməyə güc verən əsas amil xalqa olan güvəni, xalqın isə ona olan sevgisi, dəstəyidir.

Təbii, siyasət, xüsusilə də dünya miqyaslı siyasət emosiyalar üzərində bərqərar olmur. Dövlət reallıqlar, gerçəkliklər üzərindən idarə edilir. Lakin bir dövlət başçısı üçün xalqının sevgisi, dəstəyi ən böyük geopolitik gerçəklikdir, güc mənbəyidir. Xalqından dəstək görməyən liderlə başqa dövlətlər də hesablaşmır.

Xalqına arxayın olmayan lider düşmənə qalib gələ bilməz. Onun işğalçı ordusunu darmadağın etməyə gücü çatmaz. Hədsiz və cığal qonşularla amiranə tonda danışmağa, onları yerində oturtmağa güc tapmaz, ultimatum göndərməyə risk etməz. Bunlar Amerikaya, Çinə, hətta qardaş Türkiyəyə güvənilərək ediləcək işlər deyil. Bütün bunlar liderin şəxsi keyfiyyəti, mərdliyi, cəsurluğu, siyasi reallıqları düzgün dəyərləndirməsi və millətinə güvənməsi sayəsində olur.

İndi hamı Aktauda qəzaya uğrayan təyyarənin “qara qutular”ının oxunmasını gözləyir. İlham Əliyev zatən o qutuları çoxdan açıb, deşifrə edib. Açıq şəkildə deyib ki, təyyarə Rusiya ərazisində xarici müdaxilə nəticəsində idarəolunmaz hala düşüb. Nəticədə qəzaya uğrayıb.

Amma Prezident telekanallara müsahibədə digər “qara qutular”ın da şifrəsini çözdüyünü göstərdi. Azərbaycana qarşı təhlükələri, çıxış yollarını, gələcəklə bağlı planları bu və ya digər formada xalqına və dünyaya duyurdu.

Azər Ayxan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri