Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Netanyahunun erməni soyqırımı planında Azərbaycan detalı İsrailli politoloq şifrələri açdı

Netanyahunun erməni soyqırımı planında Azərbaycan detalı İsrailli politoloq şifrələri açdı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahunun amerikalı jurnalist Patrik Bet-Davidin podkastında qondarma “erməni soyqırımı”nı tanıması bəyanatı gündəmi silkələyib. Mövzu ilə bağlı Globalinfo.az israilli tarixçi və politoloq Avraham Şmuleviçdən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

– Cənab Şmuleviç, İsrailin Azərbaycanla normal münasibətinin olduğu dövrdə Netanyahunun “erməni soyqırımı”nı tanıdığını elan etməsi rəsmi Bakı ilə “körpüləri” zədələyə bilər? Bununla bağlı nə düşünürsünüz?

– Netanyahu “erməni soyqırımı”nı şəxsən tanıyıb. Bildiyiniz kimi, o, amerikalı jurnalistlə söhbət zamanı “erməni soyqırımı”nı şəxsən tanıdığını, bunu fakt hesab etdiyini bildirib. Knesset bu məsələ ilə bağlı heç bir qərar qəbul etməyib və hökumətdən heç bir qərar, qətnamə və ya buna bənzər bir şey olmayıb. Bu, baş nazir Netanyahunun şəxsi bəyanatıdır. Aydın məsələdir ki, sözügedən bəyanat müəyyən siyasi konteksdə verilib. Buna baxmayaraq, demək olmaz ki, İsrail dövləti “erməni soyqırımı”nı tanıyıb”.

– İsrail heç vaxt ermənilərin “soyqırımı” məsələsini dəstəkləməyib, buna isti yanaşmayıb. Başlıca səbəb bu olub ki, İsrail hökuməti və xalqı dünyada soyqırımına məruz qalan əsas xalqın məhz yəhudilər olduğunu iddia edilib. İsrail baş nazirinin bu təşəbbüsü dünyada əsas güclərdən sayılan yəhudi diasporası tərəfindən dəstəklənəcəkmi?

– İsrailin qondarma “erməni soyqırımı”nı tanımamasının səbəbləri bir sıra mühüm amillərə bağlıdır. “Soyqırımın” digər dövlətlər tərəfindən tanınması məsələsini öz xarici siyasətinin əsas prioritetlərindən birinə çevirən Ermənistan dövləti və erməni diasporundan fərqli olaraq, İsraili prinsipcə, Holokostun başqa dövlətlər tərəfindən tanınması faktı heç də narahat etmir. İsrail heç vaxt başqa ölkələrdən soyqırımın tanınmasını tələb etməyib. Məsələn, mən şəxsən hansı dövlətlərin bunu tanıdığını bilmirəm. Fikrimcə, bu, tamamilə mənasız görünür. İsrail qanunverici orqanının nümayəndələrinin əksəriyyəti belə düşünür. İsrail yəhudilərinin baxışına görə, keçmişə deyil, gələcəyə və ya indiyə diqqət yetirmək lazımdır. Ona görə də İsrail heç vaxt sistematik olaraq digər dövlətlərdən yəhudi xalqının soyqırımını tanımasını tələb etməyib və bu məsələ yalnız həqiqətən də antisemitizm təzahürü olduğu zaman qaldırılır. Məsələn, indi İsrailə qarşı çıxış edən fransızlar keçmişdə yəhudilərin məhv edilməsində almanlarla əməkdaşlıq ediblər. Fransız polisinin keçirdiyi reydlər nəticəsində 13 min yəhudi saxlanılaraq Gestapoya təhvil verilib. Yəni fransızlar Holokost işində almanlarla əməkdaşlıq ediblər.

Mən dəfələrlə müxtəlif erməni nümayəndələri ilə danışmışam, onların konkret olaraq nə istədiklərini anlamağa çalışmışam. Deyək ki, hansısa ölkə “erməni soyqırımı”nı tanıdı, bəs bundan sonra fəaliyyət nədən ibarət olacaq?

Görünür, İsrail qanunverici orqanının nümayəndələri bu məsələdə nəsə bir qəribəlik olduğunu başa düşür. Təəssüf ki, çox sayda soyqırımları olub. Niyə yalnız erməni xalqının “soyqırımının” tanınması tələb edilir? Digər müxtəlif xalqların soyqırımı necə olsun?

Həmçinin oxuyun:

İsraildən Ermənistana gözlənilməz zərbə – Paşinyan dərhal açıqlama verdi

Türkiyədə məşhur bir türk tarixçi Osmanlı İmperiyasının bütün arxivlərini qaldırıb və Birinci Dünya müharibəsi illərində ermənilərin aclıqdan həlak olması və kütləvi qırğınından bəhs edib. Həmin vaxt təxminən 200 minə yaxın erməni ölüb. Biz yaxşı bilirik ki, ermənilər üsyan edib və erməni silahlı qüvvələri türkləri, kürdləri, müsəlmanları məhv edib. Və 1917-ci il inqilabından sonrakı hadisələr zamanı xeyli sayda insan ermənilər tərəfindən öldürülüb. Zəngəzurda aparılan etnik təmizləmə ilə bağlı məqaləm də var. Yəni, türk qüvvələrinin ermənilərə qarşı törətdiyi “soyqırımı” tanıyırsınızsa, o zaman ermənilərin türk mülki vətəndaşlarına və mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı da tanımalısınız.

Avraham Şmuleviç

– Netanyahunun “erməni soyqırımını” tanıması Türkiyə ilə gərgin münasibətlər fonunda ortaya çıxdı. Bu gərginliyin mənbəyi əsasən Suriyadır, ya Qəzza məsələsi?

– İsrail ilə Türkiyə arasında münasibətlər kifayət qədər gərgindir. Bunun nə Suriya, nə də Qəzza ilə əlaqəsi yoxdur. Münasibətlərin kəskin soyuması faktiki olaraq Ərdoğanın hakimiyyətə gəlişi ilə başladı. Məlumdur ki, Ərdoğan bir çox ölkələrdə qadağan olunmuş cihadçı təşkilat olan “Müsəlman Qardaşlar” təşkilatını dəstəkləyir. Ona görə də İsraildə Türkiyə ilə mümkün müharibə, yəni Türkiyənin İsrailə hücumu məsələsi nəzərdən keçirilir. Bu, indi hətta İsrailin hərbi strategiyasına da daxil edilib. Biz Türkiyəni İsrailə qarşı son dərəcə qeyri-dost siyasət yürüdən ölkə hesab edirik. Bu mənada İsrail müdafiə olunan tərəf hesab olunur və Türkiyəyə qarşı aqressiv hərəkətləri yoxdur. Əgər Ərdoğan hökuməti anti-İsrail siyasətindən əl çəksə, o zaman İsrail nöqteyi-nəzərdən də problem olmayacaq. Holokost təcrübəsinə görə, İsrail heç vaxt soyqırımı və ya buna bənzər şeylərin tanınmasını siyasi oyun aləti hesab etmir.

– İsrail baş nazirinin bəyanatı Trampın Cənubi Qafqazda sülh və əmin-amanlığa töhfə üçün addımlar atdığı dövrə təsadüf etdi. Sizcə bu regiondakı proseslərə və İsrail-Azərbaycan münasibətlərinə necə yansıyacaq?

– Həm İsraildə, həm də Azərbaycanda iki ölkə arasında yaxşı münasibətlərə böyük önəm verilir. Bakının 1915-ci il hadisələri ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan o zaman müstəqil deyildi və heç kim Azərbaycanı buna görə günahlandırmır. Mən hesab edirəm ki, Netanyahunun bu bəyanatı və Türkiyə ilə münasibətlər Azərbaycanla əlaqələrə heç bir şəkildə təsir etməyəcək. Düşünürəm ki, İsrail diplomatiyası bunun baş verməməsi, münasibətlərin pisləşməməsi üçün mümkün olan hər şeyi edəcək. O ki qaldı “soyqırımın” tanınması məsələsinə, hesab edirəm ki, Azərbaycan bu istiqamətdə müvafiq iş aparmalıdır. Dediyim kimi, əgər siz erməni xalqının “soyqırımı”nı tanıyırsınızsa, o zaman Azərbaycan xalqının və türk xalqının soyqırımını da tanıyın. Mən bu məsələ ilə bağlı ekspert kimi çıxış etməyə hazıram.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Avqust 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see198

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see192

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see177

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see156

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri