Icma.az
close
up
RU
Əliyev təzyiq siyasətini zərərsizləşdirdi: Dünya Bakının şərtlərini belə qəbul etdi

Əliyev təzyiq siyasətini zərərsizləşdirdi: Dünya Bakının şərtlərini belə qəbul etdi

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri və Vaşinqtonda əldə olunan nəticələr, uzun müddətdir aparılan birtərəfli təzyiq siyasətinin iflasını təsdiqlədi. Bayden–Blinken administrasiyası, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq mərkəzlərin Azərbaycanı güzəştlərə məcbur etmək cəhdləri faktiki olaraq nəticəsiz qaldı. 

Siyasi-diplomatik təzyiqlərə, beynəlxalq mediada aparılan qarayaxma kampaniyalarına və sanksiya hədələrinə baxmayaraq, Prezident İlham Əliyev prinsipial mövqeyindən bir addım belə geri çəkilmədi, əksinə, əsl lider iradəsi və strateji uzaqgörənliyi ilə siyasi kursunu tam şəkildə uğurla həyata keçirdi. Dünən Azərbaycanla təzyiq dilində danışmağa çalışan qüvvələr bu gün reallığı qəbul etmək məcburiyyətindədirlər. Bu, Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, ölkəmizə qarşı təzyiqlər hər zaman olub və bu, böyük ədalətsizlik idi:

“Həqiqətən də məqsədyönlü şəkildə keçmiş təslimçi status-kvo ilə Bakını razı salmağa çalışanlar vardı. Üstəlik, bunu edənlərin beynəlxalq təşkilatlar olması xüsusi diqqət çəkirdi. Hesab edirəm ki, bütün bunlar olmasaydı, Ermənistan–Azərbaycan münaqişəsi daha erkən həll edilə bilərdi. Hər halda beynəlxalq təşkilatlar məsələyə daha ədalətli mövqe sərgiləsəydi, İrəvan prosesi bu qədər uzatmazdı.

Azərbaycan Prezidenti İlham Əliyev heç vaxt bizə diktə edilmək istənilən və reallıqlara zidd “təkliflərlə” barışmadı. Əksinə, Azərbaycan özü reallıqları dəyişdi. Sonradan məhz bu reallıqlar əsasında Brüsseldə və digər platformalarda görüşlər keçirildi.

Həmçinin oxuyun:

Beynəlxalq təşkilatlar Vaşinqton görüşünü və əldə olunan nəticələri alqışlayır – REZUME

Fransa da proseslərə mane olmağa çalışırdı. Azərbaycan, Parisin tərəfli və ermənipərəst mövqeyinə görə, onun vasitəçiliyini qəbul etmədi. Rusiya isə faktiki olaraq Azərbaycanla münasibətləri korladı və Moskvada bu rola iddia edə bilmədi. Belə bir vaxtda ABŞ Prezidenti Donald Tramp və onun komandası təşəbbüsü ələ aldı. Vaşinqtonda keçirilən görüş hər mənada Azərbaycan üçün faydalı oldu. 907-ci düzəlişin dayandırılması, ATƏT-in Minsk qrupunun ləğvi, Zəngəzurdan maneəsiz hərəkətin təmin edilməsi tarixi uğurlardır.

Bir daha qeyd edirəm ki, vaxtilə bunun tam əksi Bakıya təklif edilirdi. Amma Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və barışmaz siyasəti bütün bunların qarşısını aldı. Bu nailiyyət həm də ona görə vacibdir ki, dünyanın super gücü Bakının təkliflərini qəbul etdi və bunun əsasında razılıq əldə edildi.

Hesab edirəm ki, artıq qərar verilib. Yalnız qalır Ermənistan Konstitusiyasının dəyişdirilməsi. Paşinyan bu məsələdə prosesi sürətləndirməlidir. İstisna deyil ki, həm Ermənistandakı, həm də revanşist qüvvələr prosesə mane olmaq üçün əllərindən gələni edəcəklər”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Avqust 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri