Icma.az
close
up
RU
İrəvan Bakının şərtlərini qəbul edir

İrəvan Bakının şərtlərini qəbul edir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Real Ermənistan ideologiyası - Vətən müharibəsinin reallıqları...

Azərbaycanın 2020-ci il Vətən müharibəsi nəticəsində yaratdığı yeni situasiya və ölkəmizin postmüharibə davranışları Ermənistan üçün də mühüm reallıqlar formalaşdırdı. Belə ki, 200 illik tarixini işğal, talançılıq, qərəz və yalan iddialar üzərində quran Ermənistan artıq reallıqları dərk edir, XXI əsrdə regional münasibətlərin yalnız əməkdaşlıq və sabitlik məcrasında formalaşacağını başa düşür. Azərbaycanın postmüharibə dövründə irəli sürdüyü sülh təşəbbüsü, Zəngəzur dəhlizi layihəsi Ermənistanın gələcəyi üçün yeni perspektivlər açır. Bu baxımdan, rəsmi İrəvanın artıq revanşizmi bir kənara qoyaraq yeni münasibətlər sistemi yaratmasının da vaxtı çatıb...

Paşinyanın yeni strategiyası

Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 20-də hökumətin beşillik proqramının təqdimatı zamanı ölkənin tarixində yeni mərhələnin - “Dördüncü Respublika” dövrünün başlandığını bəyan edib. Onun sözlərinə görə, əvvəlki dövlət modeli münaqişə və “tarixi ədalətin bərpası” məntiqi üzərində qurulmuşdusa, yeni Ermənistanın əsas ideologiyası sülh olacaq.

Ermənistan mediasının məlumatına görə, baş nazir bildirib ki, onun irəli sürdüyü “Real Ermənistan” ideologiyası artıq Ermənistan Respublikasının rəsmi ideologiyasına çevrilib. Paşinyanın fikrincə, 7 iyun 2026-cı il seçkilərində də məhz bu siyasi xətt qalib gəlib. O bildirib ki, Üçüncü Respublika münaqişə məntiqinə uyğun yaradılmışdı, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşacaq. Paşinyan Üçüncü Respublikanın ideoloji əsaslarından birinin “tarixi ədalətin bərpası”, bunun praktiki istiqamətlərindən birinin isə Qarabağ hərəkatı olduğunu açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, Ermənistanın yaşlı və orta nəsil siyasi xadimlərinin əhəmiyyətli hissəsi məhz Qarabağ hərəkatından çıxıb.

Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 2021-ci il seçki proqramının da həmin ideologiyanın təsiri altında hazırlandığını xatırladıb. O, həmin proqramda Şuşa və Hadrutun “azad olunması” ilə bağlı müddəaların yer aldığını da etiraf edib. Lakin Paşinyana görə, elə 2021-ci il seçkiləri zamanı özü üçün əsas siyasi vəzifənin artıq sülh gündəliyi olduğunu anlayıb.

Qeyd edək ki, Paşinyan bununla Azərbaycanın irəli sürdüyü sülh strategiyasını təsdiqləyir. Rəsmi Bakı müharibədən sonra Ermənistana neft məhsulları ixrac etməklə, ərazisindən yüklərin Ermənistana keçməsinə icazə verməklə regional münasibətlər üçün bir formul irəli sürmüşdü. Paşinyanın yeni bəyanatı isə bu formulun qəbulu deməkdir. Bəli, Bakının Cənubi Qafqaz üçün yaratdığı strateji yol xəritəsi Ermənistanı yeni gələcəyə daşıyan meyara çevrilir.

Yeni münasibətlər sistemi - Konstitusiya qəbul olunandan sonra...

Paşinyanın bəyan etdiyi Dördüncü Respublika ideyası bütövlükdə regionun təhlükəsiz inkişafından stimul alacaq. Ermənistan rəhbərliyi dərk edir ki, revanşizm artıq bölgə üçün xarakterik model ola və ya mahiyyət kəsb edə bilməz. Ötən 30 il ərzində israrla davam etdirilən işğal siyasəti bu ölkəni dalana gətirib çıxardı - 2020-ci il Vətən müharibəsi isə bu dalanın bitməsi üçün bir şans yaradıb. Paşinyan yeni strategiyası ilə Azərbaycanın yürütdüyü siyasəti təsdiqlədiyini bildirir. Yeri gəlmişkən, Ermənistan hökumətinin 2026-2031-ci illər üzrə inkişaf proqramı da analoji mahiyyəti kəsb edir. Qeyd edək ki, sənəddə Azərbaycan və Türkiyə ilə münasibətlərə dair əsas siyasət istiqamətləri də yer alıb. Proqrama əsasən, Ermənistan hakimiyyəti Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası istiqamətində işləri davam etdirmək niyyətində olduğunu bildirir. Bundan əlavə, İrəvan hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında təmasları aktivləşdirmək, Ermənistan və Azərbaycan biznesi arasında əlaqələri inkişaf etdirmək və ikitərəfli ticarətin həcmini artırmaq niyyətindədir. Ermənistan sülhün institutsionallaşdırılması çərçivəsində növbəti beş il ərzində Azərbaycanla ticarət əlaqələri qurmağı nəzərdə tutur. Türkiyəyə gəldikdə isə proqramda diplomatik münasibətlərin qurulması və Ermənistan-Türkiyə sərhədinin açılması nəzərdə tutulur. Vurğulanmalıdır ki, sənəddə Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi planlarından da bəhs olunur. Layihənin ictimai müzakirəyə çıxarılması, daha sonra isə referendumun keçirilməsi nəzərdə tutulur.

Təbii ki, bu strategiya özlüyündə müsbət amildir - amma Ermənistan hakimiyyəti unutmamalıdır ki, Türkiyə ilə münasibətlərin normallaşması prosesi birbaşa Azərbaycanla bağlıdır. Başqa sözlə, Türkiyə rəsmilərinin də hər zaman bəyan etdiyi kimi, Ankaranın əsas şərti Azərbaycan ilə sülh müqaviləsinin imzalanmasıdır. Bunun üçün isə Ermənistan yeni mərhələdə əsas addımı atmalı - Konstitusiyasında müvafiq dəyişiklikləri etməlidir. İrəvan Azərbaycana qarşı qondarma ərazi iddialarından əl çəkdiyini rəsmən nümayiş etdirməlidir. Bu addım Ermənistan hökumətinin müəyyənləşdirdiyi yol xəritəsinin uğurlu inkişafına yol açacaq. Əks halda, Ermənistanın bu strategiyası da ikibaşlı oyun kimi yadda qalacaq.

Paşinyan Azərbaycan kəndlərinin qaytarılmasının vacibliyini bildirir

Sülh prosesinin bir nüansı da delimitasiya prosesi ilə bağlıdır. Paşinyan hazırlanan proqramla bağlı danışarkən bildirib ki, İrəvan və Bakı tərəfindən razılaşdırılan delimitasiya prinsipinə əsasən, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil. Yəni, Azərbaycana qaytarılmalıdır. Anklav kəndlərlə bağlı bu açıqlama da İrəvanın Azərbaycanın müəyyənləşdirdiyi sülh prosesini izlədiyini göstərir. Qeyd edək ki, adıçəkilən kəndlər Azərbaycanın ərazi bütövlüyü məsələsində xüsusi əhəmiyyət daşıyan yaşayış məntəqələridir. Bu kəndlərin taleyi iki ölkə arasında aparılan delimitasiya prosesinin ən həssas istiqamətlərindən biri olaraq qalır. Qeyd edək ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında müvafiq  dövlət sərhədinin delimitasiyası üzrə komissiyaları arasında keçirilən görüşdə delimitasiya prosesinin ilkin mərhələsi kimi Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələri Azərbaycana qaytarılmışdı. Paşinyanın səsləndirdiyi fikirlər isə delimitasiya prosesinin gələcək mərhələsinin də davam etdirilməsi üçün müsbət ştrixlər yaradır. Ən əsası isə Paşinyanın da bildirdiyi kimi, “Bu məsələ həll edilməlidir, lakin hərbi yolla deyil. Bu, artıq bağlanmış keçmişin səhifəsidir”.

SADİQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Avqust 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri