Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Ermənistan Bakının şərtlərini qəbul etməyə məcburdur AÇIQLAMA

Ermənistan Bakının şərtlərini qəbul etməyə məcburdur AÇIQLAMA

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, erməni siyasi şərhçi Suren Surenyants deyib ki, sülh Azərbaycanın şərtləri və əsas tələblərinin yerinə yetirilməsi ilə həyata keçirilir. 

Onun sözlərinə görə, Bakının son açıqlamaları və Paşinyanın paylaşdığı məqalələr bunu təsdiqləyir: "Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə yaxınlarda bəyan edib ki, Qazax rayonunun üç kəndinin və Naxçıvandakı Kərki kəndinin qaytarılması hər zaman Bakının prioriteti olub.Onun sözlərinə görə, bu məsələ sərhədlərin delimitasiyası üzrə komissiyalar çərçivəsində həll edilməlidir”. Surenyantsın sözlərinə görə, Azərbaycan sülhün yalnız bütün tələblərin tam yerinə yetirilməsi halında mümkün olduğunh gizlətmir: “Paşinyan isə öz Telegram kanalında bildirib ki, delimitasiya nəticəsində Ermənistan Artsvaşeni (Başkənd – red.) və digər “işğal olunmuş əraziləri” geri qaytarmalıdır. Lakin  bu, Artsvaşeni qaytarmaq cəhdi deyil, qarşılıqlılıq illüziyası yaratmaqdır. Artsvaşen mövzusu heç vaxt danışıqlar gündəliyində olmayıb (ən azı Azərbaycanın baxımından), halbuki anklavlar məsələsi çoxdan Bakının tələbləri siyahısına daxil edilib. Beləliklə, nəticə çıxarmaq olar ki, Paşinyan ya artıq razılaşıb, ya da sadəcə müqavimət göstərməkdən imtina edib”. Ekspertin fikrincə, anklavların qaytarılması Ermənistan üçün təhlükəsizlik və institusional sabitlik baxımından fəlakət olacaq: “Ermənistanın alternativ yolu var idi: - Artsvaşenin dörd anklavla mübadiləsi, ya da məsələnin dondurulması, yəni İrəvan və Bakı arasında etimad mexanizmləri formalaşanadək gözləmək". Sureyantsın sözlərinə görə, belə addımlar dövlət maraqlarına uyğun və suverenliyə xələl gətirmədən atıla bilər.

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın Azərbaycana məxsus işğalda qalan dörd kəndimizi qaytaracağı mütləqdir. 

Lakin ekspert vurğulayıb ki, bunun siyasi konyuktura uyğun nə vaxt ediləcəyi siyasi məsələdir: 

"Bu məsələ Azərbaycan üçün bu gün prinsipial əhəmiyyət daşımır. Yaxın aylarda prosesin necə olacağını gələcək konyuktur müəyyən edəcək. Sülh olacaqsa, bundan sonra sərhədlərin demarkasiya və delimitasiyası  prosesi vaxt alacaq. Ermənistan da fikirləşir ki, Azərbaycan tərəfində "onun əraziləri" var. Seçki öncəsi Ermənistan rəsmilərinin bu faktı qabartması da seçkiyə hesablanmış addımdır. Azərbaycan da buna qarşı ciddi ritorika işlətmir".

Müsahibimiz Azərbaycan və Türkiyə prezidentlərinin hərbi paradda sülh və əməkdaşlıqdan danışdıqlarını xatırladıb.

O hesab edir ki, bu, hələlik belədir, o vaxta kimi ki, Ermənistan Azərbaycanın onun üzərinə qoyduğu öhdəliklərini yerinə yetirsin.

Siyasi şərhçi bəyan edib ki, bura ilk növbədə Zəngəzur dəhlizinin açılması və konstitusiya dəyişikliyi məsələsi aiddir: 

"Bunlar olmadığı halda Azərbaycan Ermənistana yenidən öz sərt üzünü göstərəcək. Hesab edirəm ki,  bu, ona kimi davam edə bilər ki, Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla aça bilər. Ermənistanın yürütdüyü siyasətdə məğlub imicini heç vaxt unutmaması lazımdır ki, Azərbaycan bunu ona xatırlatmaq ehtiyacını yenidən duymasın".

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Noyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri