Icma.az
close
up
RU
Əliyevdən Kremlə açıq mesaj verildi 7 aylıq səssizlik belə bitə bilər

Əliyevdən Kremlə açıq mesaj verildi 7 aylıq səssizlik belə bitə bilər

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı mühüm detallar açıqlayıb. Ölkə başçısı hadisədən 7 ay keçməsinə baxmayaraq, hələ də Rusiya rəsmilərindən heç bir cavab ala bilmədiklərini bildirib. Prezident vurğulayıb ki, hadisənin təfərrüatları artıq bəllidir və Moskva bunu etiraf etməlidir.

Sitat: “Təyyarəni vuranlar cəzalandırılmalı, qurbanların ailələrinə təzminat ödənilməlidir. AZAL-ın özünə də təzminat ödənilməlidir. Daha çox təfərrüat eşitmək istəyirsinizmi? Danışa bilərəm. Bizim pilotlat cəsarət və peşəkarlıq göstərdilər. Təyyarəni qəza enişi etdi. Pilotların sayəsində sağ qalanlar oldu. Təyyarə kənardan vurulmuşdu.Təyyarənin Ukrayna dronu ilə toqquşması məlumatı gülüş doğururdu. Bu, uşaq bağçası səviyyəsində olan nağıldır. İki dəfə təyyarəyə hücum edilmişdi. Biz bilirik nə baş verib. Rusiyanın hava məkanı bağlanmamışdı. Hava məkanı təyyarə vurulandan sonra bağlanmışdı”.

Prezidentin bu çıxışından sonra Rusiya tərəfi hansı addımlar atacaq? Moskva Bakının tələblərini yerinə yetirəcəkmi?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Prezidentin dünənki çıxışı bir sıra məsələlərə, o cümlədən təyyarə qəzası və Rusiya–Azərbaycan münasibətlərinə ciddi şəkildə aydınlıq gətirdi:

“Ölkə rəhbəri bir daha bəyan etdi ki, Rusiya tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməyib və hələ də bunu etmək niyyətini göstərməyib. Buna görə də, Azərbaycan istintaqın süni şəkildə uzadılmasını və ölkəmizin tələblərinə cavab verilməməsini Moskva ilə münasibətlərimizin ruhuna uyğun olmayan bir davranış kimi qiymətləndirir. Eyni zamanda, Prezident vurğuladı ki, Azərbaycan bu məsələ ilə bağlı Rusiya tərəfindən məlumatlandırılıb və gələcəkdə beynəlxalq ədliyyə sisteminə müraciət etmək üçün sənədlərin hazırlanacağı nəzərdə tutulur. Bu, artıq ciddi bir məsələdir, çünki rəsmi Kreml Bakını bu addımı atmağa məcbur edib”.

Oqtay Qasımov

Politoloq qeyd edib ki, Rusiyanın dövlət anlayışı və hazırda hakimiyyətdə olan şəxslərin düşüncəsi hər kəsə məlumdur:

“Bu səbəbdən, Kremlin təyyarə qəzası ilə bağlı hər hansı bir addım atacağını və Bakının tələblərini yerinə yetirəcəyini gözləmirəm. Şübhəsiz ki, bu cür hərəkətlər ikitərəfli münasibətlərə zərər verəcək. Rusiya dünənki çıxışdan və verilən mesajlardan yenə də nəticə çıxarmasa, Azərbaycan tərəfi Beynəlxalq Məhkəməyə müraciət edəcək. Bu isə Moskva-Bakı münasibətlərinə əlavə kölgə salacaq, bundan sonra münasibətlər daha da soyuqlaşacaq. Bütün bu proseslər birbaşa Rusiyanın məsuliyyətindədir və onların səhvləri nəticəsində baş verib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri