Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Əliyevdən Kremli sarsıdan CAVAB: Moskva Xəzərdə Bakıya qarşı hərəkətə keçdi

Əliyevdən Kremli sarsıdan CAVAB: Moskva Xəzərdə Bakıya qarşı hərəkətə keçdi

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

İyulun 21-dən etibarən İranla Rusiya arasında Xəzər dənizində birgə dəniz xilasetmə təlimləri (CASAREX 2025) keçiriləcək. “Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə” şüarı altında baş tutacaq təlimdə ordu və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin, İranın Polis Komandanlığının, Rusiya Hərbi Dəniz Qüvvələrinin və Xəzər dənizi ölkələrindən olan müşahidəçilərin iştirakı nəzərdə tutulub. Təlimin məqsədinin dəniz təhlükəsizliyini təşviq etmək, o cümlədən Xəzər dənizi ilə həmsərhəd ölkələrin hərbi-dəniz qüvvələri arasında qarşılıqlı əlaqələrini artırmaq olduğu deyilir.

İlk olaraq onu deyim ki, adı “xilasetmə” olsa da, CASAREX 2025 təlimləri hazırkı mərhələdə heç də sadə bir məsələ deyil. Rusiya–Azərbaycan münasibətlərinin gərginləşdiyi, iki ölkə arasında güvənin ciddi şəkildə aşındığı bir dövrdə aydın məsələdir ki, bu, Kreml-in Bakıya simvolik mesajıdır.

Məsələn, təlimlərdə “Xəzər dənizi ölkələrindən olan müşahidəçilərin iştirakı nəzərdə tutulub”, – deyərək Moskva diplomatik tərzdə “açıq qapı” mesajı verir. Yəni Bakı istəsə, təlimlərə qatıla bilər. Lakin digər tərəfdən bu ifadə qeyri-müəyyəndir və belə açıqlamalar həm hərbi təzyiq effekti yaradır, həm də iştirak etməyənləri təcrid olunmuş göstərmək məqsədi daşıyır.

Rusiya ilə İranın Xəzər dənizində hərbi-təlim əməkdaşlığını gücləndirməsi, xüsusilə də Azərbaycanın bu prosesdə yalnız müşahidəçi statusunda yer alması, Moskva və Tehranın Bakıya dolayı şəkildə “siyasi xəbərdarlığı” kimi də oxuna bilər.

İran detalı burada daha çox diqqət çəkir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumu çərçivəsində İranın “Mehr” agentliyinə müsahibəsində deyib ki, Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək.

“Bu yaxınlarda İran Prezidenti Məsud Pezeşkianı Xankəndi şəhərində qəbul etdik, bu, müsbət hadisə oldu. Araz çayı üzərindən dəhlizin inşası prosesi yaxşı gedir və bu layihə bizim tərəfimizdən demək olar başa çatıb və gözləyirik ki, İran şirkəti İrana aid olan hissəni tamamlasın. Biz Ağbənd-Kəlalə-Culfada bu dəhlizin mühüm hissəsini tamamladıq, hesab edirəm ki, bu layihə ilin sonuna kimi fəaliyyətə başlayacaq”, – Prezident bildirib.

İranla Azərbaycan arasında həqiqətən də son zamanlar normallaşma müşahidə edilir. Xüsusilə bu məsələdə Prezident Məsud Pezeşkianın həvəsli olması diqqət çəkir. Amma hər zaman dediyim kimi, İranda güc mərkəzi bir deyil. Ona görə daxili və xarici siyasət elə də sadə şərhlərlə izah edilə bilməz. Lakin məhz bu kontekstdə İranla birgə keçirilən CASAREX 2025 təlimi bir növ Moskvanın Bakıya cavabı kimi şərh edilə bilər.

Kreml göstərmək istəyir ki, Xəzər dənizi onun nəzarət zonasıdır və burada təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq gücündədir. İran isə həm Zəngəzur dəhlizi məsələsində, həm də Azərbaycanın İsraillə münasibətlərinə görə Rusiyanın təsirinə tez düşə bilir. Moskva həm də demək istəyir ki, bu təlim sadəcə texniki əməkdaşlıq deyil, bölgənin iki narazı aktorunun Bakıya yönəlik dolayı koordinasiyasıdır.

Son aylarda Rusiya rəsmilərinin, media və hərbi dairələrinin Azərbaycanla bağlı ritorikasında qabarıq şəkildə sərtləşmə müşahidə olunur. İstər Qərbə inteqrasiya cəhdləri, istərsə də Ukrayna məsələsində Bakının prinsipial və açıq mövqeyi Kremlin narazılığını artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin yenə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən “Ukrayna xalqına məsləhətim budur ki, heç vaxt işğalla barışmayın” deməsi Rusiyanın siyasətinə birbaşa zərbə kimi qəbul olundu.

Moskva üçün bu, Azərbaycan tərəfindən Ukraynaya mənəvi və siyasi dəstəyin açıq şəkildə nümayişidir. Əslində, məsələ müəyyən mənada belədir. Rusiya ilə müharibə vəziyyətində olan bir dövlətə bu şəkildə açıq çağırış etmək, Bakının daha əvvəl ehtiyatla saxladığı balansın dəyişdiyini göstərir.

Şübhəsiz, hazırda CASAREX 2025 təlimi Azərbaycan və onun müttəfiqləri tərəfindən diqqətlə izlənilir. Rəsmi Bakı belə addımlara qarşı çox vaxt səbrli və diplomatik ritorika ilə cavab verir. Amma bu, yaranan riskləri görmədiyi və ya buna qarşı cavab planlarının olmadığı mənasına gəlmir. Əksinə, Azərbaycan Xəzər dənizində sabitliyin zıərər görməsini istəmir, lakin balansın pozulmasına da razı ola bilməz.

Aydın məsələdir ki, Rusiya Azərbaycanın tək qalması təsəvvürünü yaratmağa çalışır. Təlimdə Qazaxıstanla Türkmənistanın iştirak forması və səviyyəsi də buna işarədir. Yəni Moskva göstərmək istəyir ki, Xəzərdə “birlik” var və orada Azərbaycan marjinal görünür. Bakı buna cavab olaraq Türkiyə ilə strateji koordinasiyanı artıra bilər. Çünki Ankara üçün də Xəzərin sabitliyi önəmlidir. Türk Dövlətləri Təşkilatının genişlənməsi və Orta Dəhliz layihələrinin uğuru məhz bu bölgədəki sabitliyə bağlıdır. Türkiyə həm NATO üzvü, həm də Türk dünyasının aparıcı gücü kimi Rusiya-İran tandeminin bu cür təlimlərinə laqeyd qala bilməz.

Ankaranın cavabı birbaşa hərbi ola bilməz, amma Xəzər dənizində Bakı ilə ikitərəfli hərbi-texniki əməkdaşlığı gücləndirə, ortaq manevrlər planlaya bilər. Daha dəqiq desək, Xəzər dənizində Azərbaycanın Türkiyə ilə birgə 2021-ci ilin sentyabrında keçirilən “Sarsılmaz qardaşlıq – 2021” təlimlərinə bənzər bir hərbi təlim keçirməsi mümkündür. Hətta vəziyyətdən asılı olaraq Türk F-16-ları da təlimlərdə iştirak edə bilər. Bu həm Tehrana, həm də Kremlə effektiv bir cavab olar.

Həmçinin Azərbaycan uzun müddət Xəzər dənizini qeyri-NATO, qeyri-baza bölgəsi kimi qorumağa çalışıb. Lakin Rusiya və İranın bu formatda təlim keçirməsinə cavab olaraq Bakı da bu və ya başqa formada gələcəkdə digər aktorların da hərbiləşmə niyyətlərini legitimləşdirə biləcəyi mesajını verməlidir. Bu istiqamətdə ABŞ, Çin və NATO rəsmiləri ilə fərqli formatlarda görüşlər keçirilə bilər.

CASAREX 2025 təlimləri, Kremlin Bakı ilə bağlı artan narazılığının bölgədə fiziki gücə çevrilmə ehtimalının ilk zəif siqnalıdır. Lakin bu da Bakının gözünü qorxutmaq üçün kifayət deyil. Azərbaycan daha çevik, ağıllı və möhkəm ittifaqlarla mövqeyini möhkəmləndirib. Bu mənada Prezident Əliyevin “heç vaxt işğalla barışmayın” çağırışı təkcə Ukraynaya yox, əslində Rusiya təsirində olan, ondan çəkinən ölkələrə bir xatırlatmadır.


Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 İyul 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri