Icma.az
close
up
RU
Əliyevdən Kremli sevindirən jest Məşhur taktika bərpa edildi

Əliyevdən Kremli sevindirən jest Məşhur taktika bərpa edildi

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Dövlət başçısı zəng zamanı Kreml rəhbərini doğum günü  münasibətilə təbrik edib, həmçinin iki ölkə arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Əliyev-Putin danışığı mövcud proseslər fonunda necə qiymətləndirilməlidir? Beləliklə Bakı və Moskva arasında gərginlik aradan qalxır?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, son aylarda Azərbaycan-Rusiya münasibətlərində müəyyən soyuqluq müşahidə olunur:

“Bunun bir neçə səbəbi var:

Qarabağ məsələsində Rusiyanın rolunun azalması; Azərbaycanın Qərblə (xüsusilə Avropa İttifaqı və Türkiyə ilə) əməkdaşlığını genişləndirməsi; Qaz ixracı və enerji layihələrində Moskva-Bakı rəqabətinin artması.

Qeyd olunanları nəzərə aldıqda, Prezident İlham Əliyevin birbaşa telefonla təbrik etməsi, yəni yazılı məktub göndərmək əvəzinə şəxsi əlaqə qurması, diplomatik dillə desək, münasibətlərin yenidən istiləşməsi üçün “körpü” hesab edilə bilər.

Əliyev–Putin təması iki lider arasında etimad kanallarının qorunduğunu göstərir. Bu, xüsusilə Qərb–Rusiya gərginliyi fonunda Azərbaycanın balanslı siyasət apardığını nümayiş etdirir. Bakı mesaj verir ki, Moskvanı tamamilə kənara itələmək niyyətində deyil.


Anar İsayev

Bu zəng Rusiya üçün də önəmlidir, çünki Kreml son vaxtlar Cənubi Qafqazda nüfuzunun azaldığını açıq şəkildə görür. Əliyevin bu jesti Moskva tərəfindən “dostluq siqnalı” kimi qəbul edilə bilər.

Ermənistanın Qərbə yaxınlaşdığı, KTMT və Avrasiya İqtisadi İttifaqından uzaqlaşdığı bir vaxtda, Rusiya üçün Azərbaycanla münasibətləri qorumaq həyati əhəmiyyət daşıyır.

Əliyev–Putin telefon danışığı gərginliyin aradan qaldırılması istiqamətində mühüm diplomatik jest kimi dəyərləndirilə bilər. Bu, həm də Azərbaycanın xarici siyasətindəki “balans diplomatiyasının” bərpası deməkdir — yəni nə tam Qərbə, nə də tam Rusiyaya meyil.

Bu addım Moskvanın tərəfi olmaq, ya da Qərbə qarşı çıxmaq mınasına gəlmir. Əksinə, Azərbaycan regionda öz oyun qaydalarını müəyyən edən əsas aktor kimi mövqeyini möhkəmləndirir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri