Icma.az
close
up
RU
Əliyevdən Naxçıvan bəyanatı: Üç region birləşdirilir Yeni plan

Əliyevdən Naxçıvan bəyanatı: Üç region birləşdirilir Yeni plan

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əliyevdən Naxçıvan bəyanatı: Üç region birləşdirilir - Yeni plan

Azərbaycan Prezidenti İlham Əliyev bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına start veriləcəyini açıqlayıb. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələrinin vahid Baş plan əsasında qurulduğunu bildirib.

Prezident Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməli olduğunu qeyd edib.

Bu açıqlama Naxçıvanın adıçəkilən iki regionla birləşdiriləcəyi kimi dəyərləndirilib.

Bakı bu istiqamətdə hansı addımları atacaq? Üç regionun vahid məkana çevrilməsi üçün Ermənistanın yurisdiksiyasındakı tarixi Azərbaycan torpaqları nəzarətə götürülə bilərmi? Bu istiqamətdə İrəvanla hər hansı razılaşmanın olması mümkündür?

Globalinfo-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan inkişaf etdikcə şəhərsalma arxitekturasının təkmilləşdirilməsi zərurəti yaranır:

“Torpaqlarımız işğaldan azad edildikdən sonra böyük qayıdış yeni planlaşdırma əsasında aparılır. İşğal altında qalan, dağıdılan kənd və şəhərlərdə bu nümunə təşkil edir. Urbanizasiya kimi məsələlər şəhər arxitekturası infrastrukturunun köklü dəyişikliyini zəruri edirdi. Yeni şərtlər Naxçıvan və Ordubadın şəhərsalma planında yeni yanaşma tələb edir. Nəticə etibarilə bu, bir sıra səbəblərlə əlaqədardır.

Hikmət Babaoğlu

Qardaş Türkiyə ilə Naxçıvan arasında inteqrasiya, iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyur. Bakı-Tbilisi-Qars yolu ilə çəkilən dəmiryolu Naxçıvana qədər uzaqdılacaq. Eyni zamanda Türkiyədən Naxçıvana qaz kəməri çəkiləcək. Bütün bunlar yeni reallıqlar yaradır”.

Deputat bildirib ki, Naxçıvanın Şərqi Zəngəzur və Qarabağla birləşdirilməsi dedikdə, burada birləşmə sözünün hansı mənada işlədildiyinə baxmaq gərəkdir:

“Hesab edirəm ki, Qərbi Zəngəzur Ermənistanın ərazisi hesab olunduğu üçün regional birləşmədən danışmaq çox tezdir. Azərbaycan Prezidentinin bəhs etdiyi birləşmə kommunikasiyaların açılması, dəmiryolu, həmçinin enerji layihələrin icrası mənasındadır”.

Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 11 Yanvar 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri