Icma.az
close
up
RU
Əliyevdən Suriya mesajı: Türkiyə ilə danışılıb, Bakı da iştirak edəcək

Əliyevdən Suriya mesajı: Türkiyə ilə danışılıb, Bakı da iştirak edəcək

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev ötən gün Müqəddəs Taxt-Tacın ölkəmizdə səfərdə olan Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul edib. Dövlət başçısı görüşdə Azərbaycanın Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bildirib.

İlham Əliyevin bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da bu məsələyə toxunduğu açıqlanıb. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Ankara ilə məsləhətləşmələr aparaq Suriyada humanitar vəziyyətlə bağlı məsələləri həyata keçirdiyini qeyd edib.

Azərbaycan Suriyadakı proseslərə münaisbətdə sadəcə humanitar yardımlarla kifayətlənəcək? Dəməşqdə yeni hökumətin qurulmasından sonra orada maraqlarını hansı şəkildə təmin edə bilər?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Azərbaycanla Türkiyə regionda və dünyada baş verən proseslərə münasibətdə hər iki ölkənin milli maraqlarının əsas götürülməsi və uzlaşdırılması ilə vahid mövqedən çıxış edirlər:

“Bu baxımdan liderlərin və müvafiq dövlət qurumlarının təmsilçilərinin ən müxtəlif mövzularda, xüsusilə regionda, tarixi proseslərin inkişafını dəyişdirə biləcək hadisələrin cərəyan etdiyi bir zamanda məsləhətləşmələr aparması kifayət qədər təbii qəbul olunmalıdır.

Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqidir. İki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsində də qeyd olunur: “Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər.

Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər”.

İstər Şuşa Bəyannaməsindən, istərsə də iki ölkə arasında imzalanmış digər sənədlərdən xarici siyasət sahəsində sıx əməkdaşlığı təşviq edən çoxsaylı nümunələrə rast gəlmək olar”.


Elçin Mirzəbəyli

Deputat bildirib ki, Azərbaycanın Türkiyənin Suriyadakı mövcudluğunun və nəhəng bir regionda sülhün, sabitliyin, təhlükəsizliyin təminatçısı kimi oynadığı rolun möhkəmləndirilməsini dəstəkləməsi təəccüblü deyil:

“Suriyanın bərpası kifayət qədər ağır və uzunmüddətli bir prosesdir. Söhbət bir ölkənin, sözün bütün mənalarında yenidən inşa edilməsindən gedir. Bu kimi məsələlərə insanların emosional yanaşmalarını təbii qəbul etsəm də, peşəkarların romantik-sentemental mülahizələrini anlamaqda çətinlik çəkirəm. Siyasətdə böyük idealar, hədəflər xalqların, millətlərin toparlanaraq öz gələcəklərini qurmaq üçün daim mübarizəyə hazır vəziyyətdə olmaları üçün mühüm əhəmiyyətə malikdir. Amma bununla yanaşı, reallıq hissini itirməmək də vacibdir.

Məlum olduğu kimi, Azərbaycanın öz əraziləri üzərində dövlət suverenliyini tam bərpa etməsindən bir ildən bir qədər çox vaxt keçir. Ölkəmizin ərazisinin 20%-dən çoxu yenidən qurulur. Biz, dövlət və xalq olaraq heçdən, xarabalıqlar üzərindən müasir kəndlər, şəhərlər salırıq, nəhəng infrastruktur layihələri həyata keçiririk. Bununla yanaşı, onillər boyu öz yurdlarından didərgin düşmüş soydaşlarımızın evlərinə qayıdışını, onların məşğulluğunu təmin edirik. Detallarına varmaq istəmirəm. Bəzən bir ailə, bütün ömrü boyu çalışır, amma bir evin tikintisini ərsəyə gətirə bilmir. Söhbət bir milyon insanın evindən, işindən, gələcəyindən gedir. Bütün bunları Azərbaycan, rəmzi və mənəvi xarakter daşıyan dəstək elementləri istisna olmaqla, təkbaşına həyata keçirir. Düşünürəm ki, Türk Dünyanısının birliyi, həmrəyliyi ilk növbədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında, köçkün və qaçqın düşən bütün soydaşlarımızın öz evlərinə qayıdışında özünü büruzə verməlidir”.

“Suriyada, öz tarixi vətənlərində yaşayan, sayı 3 milyona yaxın olan türkmən də bizim qardaşımızdır. Düşünürəm ki, bir sıra humanitar istiqamətlərdə, o cümlədən təhsil sahəsində onlara dəstək vermək zəruridir. Eyni zamanda, bu ölkənin enerji infrastrukturunun yenidən qurulmasında, neft hasilatının bərpasında Azərbaycan şirkətləri iştirak edə bilərlər”, – E.Mirzəbəyli qeyd edib.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri