Icma.az
close
up
RU
Əliyevin Çinə səfəri: İki nəfər lazımdır... Ermənipərəst politoloq sensasiya

Əliyevin Çinə səfəri: İki nəfər lazımdır... Ermənipərəst politoloq sensasiya

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə getməsi təkcə səfər deyil. “Dünya proletariatının lideri”nin doğum günündə Əliyev Çinə dövlət səfərinə gedib. Ertəsi gün o və çinli həmkarı Szinpin Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb. Səfər zamanı ümumilikdə müxtəlif sahələr üzrə 20 sənəd imzalanıb. Hadisə heç də adi deyil, ona marağın bir sıra ciddi səbəbi var.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov deyib.

“Brejnevin “durğunluq” dövrünü yaşayanlar İliç-2-nin (Brejnevin) “Azərbaycan böyük addımla irəliləyir” ifadəsini xatırlayırlar. Rəsmi Bakının nümayəndələrini və onlara yaxın olan politoloqları dinləsəniz, onların əsaslandırmasında Azərbaycanın ABŞ, Rusiya və AB ilə dialoqda çəkinmədən öz tərəfdaşlarını seçməkdə azad olması tezisi yer alır. Bu yaxınlarda “Yeni dünya düzəninə doğru” VII siyasi forumda çıxışı zamanı Əliyev həm Qərbi (daha çox), həm də Rusiyanı (nadir hallarda, lakin dəqiqliklə) “danladı”, lakin Çini sərbəst buraxdı. Bakı bir çox cəhətdən Rusiya-Qərb geosiyasi dixotomiyasından bezmiş digər postsovet ölkələri üçün nümunə olmağa çalışır. İqtisadi resurslar (diqqətlə deyək, hələlik) bunu etməyə imkan verir, əlverişli siyasi və coğrafi mövqe də. Bununla belə, diplomatik bacarıq və hücumçuluq olmasa, bütün bunlar “yarımçıq iş” olaraq qalacaqdı. Ancaq geosiyasi tanqo rəqsi etmək üçün iki nəfər lazımdır. Çinə baxaq. Çinin qlobal ambisiyaları və ABŞ-la rəqabəti haqqında demək olar ki, hər yerdə eşitmək olar. 2023-cü ildə Pekin və Tiflis arasında strateji tərəfdaşlıq əlaqələri qurulub. Həmin vaxtdan Gürcüstanda Çin müəssisələrinin qeydiyyatı 96,6% artıb. 2024-cü ildə Gürcüstanın dövlət reyestrində 291 yeni Çin şirkəti qeydə alınıb, bu da son üç onillikdə, yəni ikitərəfli diplomatik münasibətlərin qurulmasından bəri ən yüksək göstəricidir. Ancaq təkcə iqtisadiyyat deyil. Elə bu günlərdə Gürcüstan Təhsil Nazirliyinin rəhbəri Aleksandr Tsuladze Çin dilinin ikinci xarici dil kimi standartının təsdiqini nəzərdə tutan yeni ümumi təhsil konsepsiyasını təqdim edib. Pekinə səfəri ərəfəsində Əliyev Çinin “Sinxua” agentliyinə müsahibəsində bildirib ki, 2024-cü ilin iyul ayından 2025-ci ilin aprel ayına kimi ölkələr arasında ikitərəfli ticarət dövriyyəsi 20% artıb. İndi Çinlə Azərbaycan arasında münasibətlər həm də strateji tərəfdaşlıq kimi müəyyən edilir.

Qafqaz beş il əvvəlkindən daha çox Çinə yaxınlaşır. Təbii ki, vaxtından əvvəl nəticə çıxarıb, regionun total “çinləşdirilməsi”ndən danışmaq lazım deyil. Amma aşkar faktları da nəzərdən qaçırmaq mümkün deyil. Çinin həm Azərbaycan, həm də Gürcüstan üçün maraqlı olan bir sıra ideyası var. “Sinxua” agentliyindən bir daha sitat gətirim: “Çin Azərbaycanın milli suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə edir, eləcə də onun milli şəraitinə uyğun inkişaf yolu ilə getməyə davam etməsini dəstəkləyir. Pekin üç şər qüvvə: terrorizm, ekstremizm və separatizmlə qəti şəkildə mübarizə aparmaq üçün Bakı ilə dərin əməkdaşlığa hazırdır”. Düşünürəm ki, istər Qazaxıstan, istərsə də digər Mərkəzi Asiya ölkələri belə bir layihəyə həvəslə qoşulacaqlar”, – o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri