Icma.az
close
up
RU
Professor: Prezident Əliyevin Çinə səfəri böyük siyasi hadisədir

Professor: Prezident Əliyevin Çinə səfəri böyük siyasi hadisədir

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Pekində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” xüsusi əhəmiyyətə malik sənəddir. Hesab edirəm ki, bu sənəd hər iki ölkənin əməkdaşlıq sahələrini müəyyən edəcək, eyni zamanda əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacaq. Ümumən prezident Əliyevin Çinə səfəri böyük siyasi hadisədir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli Azərbaycan prezidentinin Çinə səfəri və iki dövlət arasında imzlanmış Birgə Bəyanatı şərh edərkən deyib.
Qabil Hüseynli əlavə edib ki, hazırda Çin dünyada iki böyük qlobal gücdən biridir və onun ölkəmizlə əməkdaşlığa meyl etməsi bizim maraqlarımıza tam uyğundur.
Professor bildirib ki, Azərbaycanın dövlət başçısının Çinə səfəri çərçivəsində bir sıra mühüm addımlar atılıb. Məsələn, Çin və Azərbaycan qarşılıqlı olaraq viza rejimini götürür. Bu o deməkdir ki, hər iki ölkənin vətəndaşları vizasız səyahət imkanı əldə edəcəklər. Bu isə əlaqələrin güclənməsinə töhvə verəcək.
Q. Hüseynli qeyd edib ki, səfər zamanı Çinlə iyirmiyə yaxın müqavilə imzalanıb, Birgə Bəyanat isə kluminasiya nöqtəsi sayıla bilər: “Hər iki dövlət bir-birinin maraqlarını nəzərə alaraq əməkdaşlıq edəcək, bir-birinin ərazi bütövlüyünü müdafiə edəcək. Bunlar BMT Nizamnaməsi və beynəlxalq qanunlara tam uyğundur”.
Professor deyib ki, Azərbaycan və Çin arasında əməkdaşlıq logistika sahəsini də əhatə edəcək, dəmir və şose yollarını əlaqələndirəcək:
“Çin Azərbaycanın dəmir və şose yolları qovşağında yerləşdiyini yaxşı başa düşür. Azərbaycan bu məsələdə əməkdaşlığa hazırdır və bunu dəfələrlə elan edib. Hesab edirəm ki, bütün bu istiqamətlər Birgə Bəyanatda nəzərdə tutulur. Odur ki, bu sənəd olduqca əhəmiyyətlidir”.
Q. Hüseynli əlavə edib ki, Azərbaycan liderinin Çinə səfəri, yüksək səviyyədə qarşılanması, imzalanmış saziş və Bəyanat qonşu Ermənistanda da xüsusi diqqətlə izlənilir: “Hesab edirəm ki, prezidentin bu səfəri Ermənistanın fəallaşmasına, sülhə gəlməsinə, ölkəmizin dediklərini qəbul etməsinə təkan verəcək. Artıq Ermənistan baş naziri Zəngəzura səfər edib, burada dəmir və şose yolunun təməlqoyma mərasimində iştirak edib. Bunlar təsadüfi tədbirlər deyil və Azərbaycan dövlət başçısının apardığı siyasətin nəticələrindən doğan məqamlardır. Sözsüz ki, Çin də Ermənistanın logistika layihələrində iştirakında maraqlıdır, onun bu prosesə cəlbini təşviq edə bilər”.
Professor sonda əlavə edib ki, Azərbaycan hazırda Çinlə böyük iqtisadi əlaqələrə malikdir və prezidentin bu ölkəyə dövlət səfərinin nəticəsində bu əlaqələr daha da dərinləşəcək. Üstəlik, Azərbaycan Çinlə əlaqələrindən yararlanaraq Asiyanın digər ölkələri ilə münasibətləri dərinləşdirəcək.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Aprel 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri