Icma.az
close
up
RU
Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev sülh sazişində razılaşdırılmayan 2 maddədən birinin sərhəddə üçüncü ölkə nümayəndələrinin yerləşdirilməsi ilə bağlı olduğunu bildirdi.

Bu barədə indiyə qədər müxtəlif ehtimallar irəli sürülsə də, İlham Əliyev ilk dəfə idi ki, bunu açıq şəkildə dilə gətirirdi.

Bəs, məsələnin mahiyyətində nə dayanır?

Azərbaycan regional güc olaraq çıxış edir, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin keçdiyi məkandır, tam müstəqil siyasət yürüdür, bu isə okeanın o tayında və Fransanın siyasi rəhbərliyini etdiyi AB-də birmənalı qarşılanmır. Hər vəchlə regiona müdaxilə etməyə çalışan Qərb üçün hazırda “AB missiyası” yerdə yeganə mövcudluq faktına çevrilib. Mu “missiya” getdikcə genişləndirilir: Prezident Əliyev də xatırlatdı ki, Kanada kimi ölkənin bu “missiya”ya qoşulması və onun tərkibində təmsil olunmaq üçün istefada olan hərbçilərini göndərməsi artıq “mülki missiya”nın NATO strukturuna çevrildiyinin sübutudur.

Qərb/AB/NATO bu təsisatdan imtina etmək istəmir, çünki gələcəkdə bu “missiya”nın daha da genişlənməsi ehtimalı var. Donald Tuskun səfəri, sərhədimizə gəlişi, “missiya” nümayəndələri ilə görüşü də göstərir ki, Cənubi Qafqazda yeganə Ermənistana “bel bağlayan” Qərb bu təsisatdan öz məqsədləri üçün uzunmüddətli vədədə istifadə etməkdə maraqlıdırlar.

“Missiya” – faktiki olaraq kəşfiyyat məlumatları toplamaqla məşğul olan NATO təsisatı – Cənubi Qafqazı maraqlar toqquşmasına çevirir və həm də Azərbaycanın regional güc mövqeyinə qarşıdır. Hələ bir müddət öncə regionun problemlərini region dövlətlərinin həll etməsi üçün düşünülən “3+3” formatının mahiyyəti əslində qeyri-regional oyunçuların bölgəyə buraxılmaması məqsədi daşıyırdı. Amma “3+3”ün effektivliyinə həm də Ermənistan mane olur - burada Qərbin “plasdarmı” funksiyasını oynamaq və mümkün regional meqalayihələrə AB-nin də iddialı yanaşmasını təmin etməklə.

Azərbaycan lideri dəfələrlə bu “müssiya”nın təhlükəsizliyə heç bir aidiyyəti olmadığını izah edib və 2023-cü ilin lokal antiterror əməliyyatını xatırladıb. Heç bir qeyri-regional güc Ermənistanın təhlükəsizliyinin qarantı ola bilməz, xüsusilə Türkiyə kimi qüdrətli NATO ölkəsinin təhlükəsizlik çətiri altında olan Azərbaycana münasibətdə.

Başqa sözlə, “AB missiya”sı və ya qeyri-rəsmi NATO təsisatı faktiki olaraq Ermənistanın təhlükəsizliyi ilə deyil, öz maraqlarını təmin etmək və regional ambisiyalarını həyata keçirmək üçün mövcudluğunu qoruyub saxlamaqdadır.

Bunun əvəzində isə Ermənistan Baş naziri Nikol Paşinyan anında yerli mediaya “yeddidəqiləlik” müsahibə verərək, faktiki olaraq bu açıq mesajı cavablandırmağa tələsdi. Onun sözlərinə görə, razılaşdırılmayan ikinci bənd – beynəlxalq qurumlarda bir-birinə qarşı olan iddialardan qarşılıqlı olaraq imtina etməkdə İrəvanın “xüsusi israrı yoxdur”. Bu, həm də Azərbaycan liderinin Ermənistanın 150 milyard dollarlıq ziyan vurmasının rəsmən hesablandığı barədə açıqlamasından təşvişə düşdüyünün nəticəsi idi.

Ancaq üçüncü ölkə nümayəndələrinin sərhəddə yerləşdirilməməsi ilə bağlı Azərbaycanın tələbindən Paşinyan yayınmaqda israr edir və yaxud bunu ona məcbur edirlər - əks halda İlham Əliyevin müsahibəsinin dərhal ardından açıqlama verməyə tələsməzdi. Çünki 2025-ci ilin fevralında “AB missiyası”nın vaxtı tamamlanır və bu müddət uzadılmasa, “missiya” başa çatmalıdır.

Nikol Paşinyan bildirdi ki, delimitasiya və demarkasiya olunmuş ərazilərdə təhlükə səviyyəsi minimuma endiyi üçün o ərazilərə üçüncü ölkə nümayəndələrinin yerləşdirilməsinə heç bir ehtiyac yoxdur. Bu baxımdan Qazax-Tavuş istiqamətində sərhədin 11 km-lik hissəsinin delimitasiya olunmasını “misal” göstərdi və orada heç bir “missiya”nın olmamasından bəhs etdi. Yəni əgər Azərbaycanla Ermənistan arasında sərhədlərin tam delimitasiya və demarkasiyası baş tutarsa, onda heç bir əlavə qüvvəyə ehtiyac olmayacaqmış.

Məsələ burasındadır ki, delimitasiya və demarkasiya uzunmüddətli prosesdir, bəzən illərlə və yaxud onillərlə davam edir. Buna misal olaraq Azərbaycan-Gürcüstan sərhədinin bəzi hissələrini göstərmək mümkündür.

Nikol Paşinyan bu prosesin onillərlə davam edəcəyini bildiyi üçün hiyləgərcəsinə “delimitasiya və demarkasiya”nı ortaya atır və bunu “məntiqli” adlandırır. Başqa sözlə, Paşinyanın “məntiqinə” görə, “AB missiyası” ərazidə onillərlə qala bilər. Bu isə birbaşa Qərbin sifarişinin kor-koranə icrası deməkdir.

Paşinyanın “məntiqlidir” deyə vurğuladığı prosesin məntiqsizliyi isə gün kimi ortadadır: “AB missiyası” sərhəddə hansı təhlükəsizliyi təmin edə bilir? Ümumiyyətlə, 200 nəfərlik, “binoklla silahlanmış” keçmiş hərbçi və kəşfiyyatçı ən müasir texnika ilə silahlanmış Azərbaycan Ordusunun önündə hansı təhlükəsizlik funksiyası yerinə yetirə bilər ki?

Bunu bildiyi halda Paşinyanın “qondarma və sifarişli məntiqə” söykənən açıqlaması qeyri-region ölkələrinin əlində Ermənistanın hələ uzun müddət maşa olacağı anlamına gəlir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Dekabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see324

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see258

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see225

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see223

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see222

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see191

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see180

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see180

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see179

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see175

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see175

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see173

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see168

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see166

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see162

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see160

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri