Icma.az
close
up
RU
Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq?

Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Ermənistan öz qarşısına Azərbaycanla arasında etimadı damla-damla yaratmaq vəzifəsini qoyub. Etimad olarsa, sülh müqaviləsinə ehtiyac özü-özünə aradan qalxacaq”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan xarici dövlətlərin ölkəsində fəaliyyət göstərən səfirləri və konsulları ilə Qafan şəhərində keçirilən görüşdə belə deyib.

Paşinyan Azərbaycanla sülh müqaviləsinin paraflanmasını qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində mühüm addım hesab etsə də, paradoksal yanaşma nümayiş etdirir. Baş nazirin fikrincə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması vacib deyil.

Tərəflərin bir-birinə qarşılıqlı şəkildə etimad göstərməsi münaqişəli vəziyyətə son qoya bilər. Nikol Paşinyanın sözləri ilk baxışdan bəlağətli (ərəbcədən tərcümədə səlis, gözəl danışıq, natiqlik məharəti) səslənsə də, sülh müqaviləsinə ehtiyacın olmaması barədə açıqlaması Ermənistana növbəti dəfə etimadsızlıq yaradır. 

Çünki istənilən münaqişənin həlli sülh müqaviləsinin imzalanmasından keçir. Təbii ki, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında real barışığın əldə olunması üçün qarşılıqlı etimadın bərqərar olmasına da ehtiyac var. 

Lakin sülh müqaviləsi etimadın əsas hüquqi və siyasi təminatıdır. Bunu beynəlxalq hüquq da tələb edir. Belə ki, müqavilə və beynəlxalq etimad beynəlxalq hüquqda vəhdət təşkil edir. Onlardan birini qəbul edib, digərini istisna etmək olmaz.

Ermənistan Azərbaycan tərəfinin etimadını qazanmaq üçün ilk növbədə, yekun sülh sazişini imzalamalıdır. Sülh müqaviləsi isə yalnız Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından sonra mümkündür.

Yaxın qonşuluq, mehriban dostluq, qarşılıqlı etimad sülhün və sabitliyin mühüm prinsipləridir. Ermənistan referendum keçirdikdən və müqavilə üzrə Azərbaycan qarşısında hüquqi öhdəliklər götürdükdən sonra etimad bərpa oluna bilər. 

Azərbaycan xalqı keçmiş Dağlıq Qarabağ münaqişəsi başlanana qədər ermənilərə daima etimad göstərib, onlarla dinc yanaşı yaşayıb. Ancaq bu etimadın qarşılığı xəyanət oldu.

Ermənilər azərbaycanlılara qarşı soyqırım, terror, etnik təmizləmə törətdilər. Sülh müqaviləsi olmadan ermənilərin gələcəkdə yenidən analoji cinayətlərə əl atmayacağına heç bir zəmanət yoxdur.

Ona görə ki, Azərbaycana və Türkiyəyə qarşı nifrət ideologiyası ermənilər üçün siyasi stereotipə çevrilib. Nikol Paşinyan özü də erməni xalqının şüurunda dəyişiklik etməyin vaxtının çatdığını etiraf edir.

Baş nazir qeyd edib ki, Ermənistan ilk dəfə beynəlxalq hadisələrə uyğunlaşmağa başlayıb. Yəni Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başladıqdan sonra beynəlxalq aləmdən təcrid olunmuşdu.

Qonşu dövlətlərə qarşı düşmənçilik və ərazi iddiası müstəqillik dövründə Ermənistanın beynəlxalq siyasi proseslərdən kənarda qalması ilə nəticələnib.

“Ən böyük problemlərimizdən biri bu olub ki, ölkəmizin yaşadığı nəzəriyyələr elita tərəfindən  formalaşdırılıb və ictimaiyyətə öyrədilib. İndi bunun əksinin baş verdiyi dövrdə yaşayırıq.

Nəzəriyyələr xalqın şüurunda mayalanır, sonra xalqın nümayəndələri onları onları formalaşdırır və həyata keçirirlər. Bu prosesin üzvi təbiətini tam şəkildə qoruyub saxlamağımız çox vacibdir”, - deyə Paşinyan bildirib. 

Nikol Paşinyan erməni cəmiyyətinin siyasi ideologiyasını dəyişməyin vacib olduğunu yaxşı anlayır. “Böyük Ermənistan” xülyası, başqa ölkələrə qarşı ərazi iddiaları kimi faşist ideologiyasına son qoyulmadan Ermənistana etimad göstərilə bilməz.      

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Ermənistan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri