Icma.az
close
up
RU
Əliyevin Vaşinqton səfəri diplomatiyada böyük uğurdur Millət vəkili

Əliyevin Vaşinqton səfəri diplomatiyada böyük uğurdur Millət vəkili

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Cənab Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri son illərdə diplomatiya sahəsində qazandığımız ən böyük uğurlardan biridir”.

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

O, Vaşinqtonda imzalanmış sülh sazişini tarixi uğur kimi qiymətləndirib:

“Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə bizi müzəffər xalq etdi. Sonrakı antiterror tədbirləri isə suverenliyimizi bərpa etdi. Bu prosesin məntiqi sonluğu isə Vaşinqton görüşlərində, Donald Trampın dəvəti ilə həyata keçirilən səfərlə yekunlaşdı. Sülh müqaviləsinin imzalanması üçün artıq bütün hazırlıqlar tamamlanıb, sənəd paraflanıb, Minsk qrupunun qarşılıqlı ləğvi, Zəngəzur dəhlizinin açılması kimi mühüm məsələlər üzrə razılıqlar əldə olunub. Qarşımıza qoyduğumuz bütün məqsəd və hədəflərə çatmaq üçün bu, əhəmiyyətli addımdır”.

V.İskəndərov qeyd edib ki, hazırda Bayden hakimiyyəti dövründə xeyli zəifləyən Azərbaycanla ABŞ arasındakı ikitərəfli münasibətlər inkişaf edir:

“Həmin dövrdə ABŞ administrasiyasının buraxdığı səhvlərin Donald Tramp tərəfindən düzəldiləcəyi gözlənilirdi və belə də oldu. Artıq iki ölkə arasında işçi qruplar fəaliyyətə başlayıb və strateji tərəfdaşlıq müqaviləsi imzalanacaq. Bu sənəddə dövlətlərin bir-birinə hörmət prinsipləri, qarşılıqlı faydalı əməkdaşlıqlar, əsasən enerji, nəqliyyat, hərbi və humanitar sahələrdə əməkdaşlıq kimi vacib məqamlar öz əksini tapacaq. Necəki keçmişdə Azərbaycan-ABŞ münasibətləri normal məcrada inkişaf edirdi”.

Deputat 907-ci düzəlişin töhfələrindən də danışıb:

“Donald Trampın sərəncamı ilə 907-ci düzəlişin ləğvi bu əməkdaşlığa böyük təkan verəcək. Bu, hər iki tərəf üçün faydalı olacaq və əvvəlki səhvlərin təkrarlanmasının qarşısını alacaq. Tramp administrasiyası Azərbaycanla münasibətlərə müsbət yanaşır, Prezident İlham Əliyevin liderliyini qəbul edir və bunu dəfələrlə öz çıxışlarında vurğulayıb. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan və ABŞ arasındakı ikitərəfli münasibətlər zaman keçdikcə ən yüksək zirvəyə çatacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Avqust 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see164

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see127

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri