Əliyevin diplomatik bacarıqları təkrarolunmazdır Millət vəkili
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətdə atdığı addımlar fenomenal xarakter daşıyır. Onun diplomatik fəaliyyəti müxalifətin də, iqtidarın da qəbul etdiyi reallıqdır”.
Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın həm xarici, həm də daxili siyasəti, eyni zamanda regional mövqeyi güclənməkdədir. Bu, hər bir azərbaycanlı üçün qürur mənbəyidir:
“Azərbaycan xalqı Prezidentin apardığı bu siyasətin əhəmiyyətini dərk edir. Dövlət başçısının diplomatiyada nümayiş etdirdiyi bacarıqlar təkrarolunmazdır və bu, Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.
Azərbaycan 30 ildən çox davam edən bir münaqişəni başa çatdırmağa nail oldu. Qarabağ azad olundu, yeni siyasi reallıq təkcə qonşu ölkələrə deyil, bütün dünyaya qəbul etdirildi. ABŞ-də imzalanan tarixi bəyannamə Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Hesab edirəm ki, Azərbaycan artıq təkcə regionda deyil, qlobal müstəvidə də etibarlı tərəfdaş kimi qəbul edilir”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın xarici siyasətdə atdığı hər bir addım dövlətimizin suverenliyini möhkəmləndirir, regional təhlükəsizliyi təmin edir və xalqımızın gələcək rifahına xidmət edir.
“Biz bu siyasətlə fəxr etməli və Prezident İlham Əliyevi dəstəkləməliyik”, – deyə deputat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Avqust 2025 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















