Icma.az
close
up
RU
İlham Əliyevin Çinə səfəri geosiyasi mövqeyimizi gücləndirəcək Millət vəkili

İlham Əliyevin Çinə səfəri geosiyasi mövqeyimizi gücləndirəcək Millət vəkili

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Çinlə əməkdaşlıq ölkəmizin enerji və nəqliyyat marşrutlarının şaxələnməsinə dəstək verə bilər”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev deyib.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Çinə səfəri strateji baxımdan böyük əhəmiyyət kəsb edir:

“Azərbaycanı təkcə Avropaya enerji təmin edən tərəfdaş kimi tanımırlar, eyni zamanda Asiya üçün də enerji tərəfdaşı kimi qiymətləndirirlər. İqtisadi baxımdan, ticarət, investisiya və texnologiya sahələrində Çinin aparıcı şirkətləri ilə əlaqələrin qurulması və müzakirələrin aparılması Azərbaycanın qeyri-neft sektorunun inkişafına ciddi təsir göstərir.

Siyasi baxımdan isə Şanxay Əməkdaşlıq Təşkilatında ordular və çoxsaylı dövlətlər təmsil olunur. Çin bu qlobal siyasətdə aparıcı oyunçulardan biridir. Azərbaycanın tranzit mərkəzi kimi rolu və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində rolu həm Azərbaycan, həm də Çin üçün vacibdir”.

Arzu Nağıyev əlavə edib ki, Azərbaycanın ŞƏT platformasında antiterror əməliyyatları, təhlükəsizlik, nəqliyyat və logistika sahələrində iştirakı gələcəkdə iqtisadi inkişaf, kənd təsərrüfatı və texnoloji inqilabların tətbiqinə imkan yaradır:

“Bu, Azərbaycanı həm Qərb, həm Şərq ölkələri arasında balanslı siyasət yürüdən dövlət kimi möhkəmləndirir. Gələcəkdə müşahidəçi və ya tamhüquqlu üzvlük məsələsi aktuallaşa bilər. Müstəqil siyasət apardığımız üçün cənab Prezidentin əsas prinsipləri – suverenlik, ərazi bütövlüyü və xalqın rifahı – hər zaman ön plandadır. Müşahidəçi statusu da mümkündür. Tamhüquqlu üzvlük isə Azərbaycan üçün Cənubi Qafqazda və Xəzər regionunda strateji tərəfdaş mövqeyini gücləndirə bilər”.

Ölkəmizin gələcəkdə ŞƏT-də müşahidəçi və ya tamhüquqlu üzv kimi iştirakının regional və qlobal mövqeyinə təsirləri barədə danışan millət vəkili qeyd edib ki, bu, Azərbaycanın balanslı xarici siyasətində mühüm rol oynayır və beynəlxalq aləmdə daha güclü və etibarlı tərəfdaş imici yaratmağa imkan verir.

“Bu, beynəlxalq aləmdə Azərbaycanın daha güclü və etibarlı tərəfdaş imici yaratmasına imkan verir. Prezident İlham Əliyevin Çinə səfəri, ŞƏT ilə əməkdaşlığın dərinləşməsi və 80 illiklə bağlı paradda iştirakı iqtisadi inkişaf və geosiyasi mövqenin gücləndirilməsi baxımından çox önəmlidir.

Yeni nəqliyyat layihələri, daha böyük bazarlara çıxış, Çinin bir sıra şirkətlərinin Azərbaycanda yeni müəssisələr açması, iş yerlərinin yaradılması, təhlükəsizlik məsələləri və ölkəmizin beynəlxalq nüfuzunun artması bu səfərin əhəmiyyətini daha da artırır və ciddi nəticələr doğuracaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Sentyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri